Uşağlarda ağız gigiyenası... - AQS dental center”dən TÖVSİYƏ

644
sumqayitxeber.com saytı ilə ”AQSdental center”in birgə layihəsi olan “Həkim məsləhəti” rubrikasını təqdim edirik. Bu dəfəki qonağımız “AQS dental center”in həkim stomatoloqu İlahə Eyyubova  “Uşağlarda ağız gigiyenası” ilə bağlı danışıb:
Düzgün ağız baxım qaydalarını uşaqlarımıza erkən yaşda öyrətməyimiz onun sağlamlığı üçün böyük yatırımdır. Öz dişlərinizə yaxşı qulluq edərək ağız sağlamlığının vacib olduğunun mesajını verə bilir və uşağınıza yaxşı örnək ola bilərsiniz. Uşağınızla birlikdə dişlərinizi fırçalıyaraq və ya öz diş firçalarınızın seçmələrinə icazə verərək , ağız və diş qulluğunun əyləncəli hala gətirə bilərsiniz. Uşaqlarınızın diş və diş ətinin qorunmasına və çürük riskin azadılmasına kömək olmaq üçün aşağıdakı məlumatları öyrədə bilərsiniz.

Diş cürüyünə başlıca səbəb olan, diş ərplərini təmizləmək ücün florurlu  diş məcunuyla gündə 2 dəfə dişlərini fırçalamalıdılar. Diş məcunları uşaqların zövgünə uyğun müxtəlif meyvə dadlı seçilərək onlarda daha çox maraq yaratmalısınız. Diş məcunu lobya böyüklüyündə istifadə olunmalıdır. Uşaqlarınızın diş məcununun udmamasına diqqət edin. İki  yaşına qədər uşaqların diş məcunundan istifadə etməsi məsləhət deyil. Yumşaq diş fırçası ilə diş səthlərini irəli geri hərəkət etdirərək təmizləməli, eyni zamanda dil səthini də fırçalamalıdırlar.

Uşaqlarda dişləri kariyesdən qorumaq üçün diş həkiminə apararaq fissur örtücüdən yararlana bilərsiniz. Düzgün diş formalaşması üçün uşaqların vaxtında qidalanmalarına riayət edilməlidir.  Bütün vitamin , mineral, kalsium, fosfor və uyğun miqdarda florur tərkibli qidalara üstünlük verilməli, şəkərli, duzlu qidalardan uzaq tutulmalıdır.

   Hər bir körpənin  sağlamlığı ağız boşluğundan başlayır. Uşaqlar bizim gələcəyimizdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər
Bənzər Xəbərlər