“Uşaqlar arasında yoluxma artıb, onları qorumasanız…” – Həkim

933

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni doğum edən və süd verən analara səslənib. ÜST yaydığı məlumatda COVİD-19 xəstəsi olan anaların övladlarında süd vermə ilə bağlı hər hansı riskin yaranmadığını bildirib: “Bu günədək ana südündə infeksiyaya yol açacaq hər hansı bir virus aşkarlanmayıb. Bu səbəbdən gigiyenik qaydalara əməl etməklə analar körpələrini əmizdirə bilər. Belə olan halda uşaqda müxtəlif viruslara qarşı dözümlülük yaranacaq. Bundan başqa, uşaqların bu virusa yoluxma riski də çox aşağıdır”, – deyə ÜST-ün məlumatında bildirilib.

Mövzu ilə bağlı həkim-pediatr Xəyalə Quliyeva Publika.az-a danışıb.

O bildirib ki, koronavirusa yoluxan analar gigiyenik qaydalara əməl etməklə körpələrinə süd verə bilərlər.

“Virusa yoluxan analar körpələrinin yanında maska taxmalıdırlar. Əsas gigiyenik qaydalara əməl olunması da vacibdir. Əllərin tez-tez yuyulması və dezinfeksiyaedici maddələrdən istifadə edilməsi mütləq şəkildə həyata keçirilməlidir. Belə analar körpələrinə süd verə bilərlər. Bu, əks göstəriş deyildir. Əksinə, bu qoruyucu funksiya daşıyır”.

Pediatr qeyd edib ki, əvvəllər uşaqlarda yoluxma riskinin az olması söylənirdi. Ancaq son həftələr edilən müraciətlərdən bəlli olur ki, uşaqlar arasında da yoluxma artıb: “Son günlər say artıb. Onları mütləq qorumalısınız. Əgər ailədə bu virusa yoluxma varsa, uşaqlarda da əlamətlər qeyd edilir. Sadecə, uşaqlar böyüklərə nisbətən xəstəliyi bir qədər yüngül keçirirlər. İndiyə kimi müraciət edən xəstə uşaqlarda bir çox əlamətlər aşkar edilib. Bura əsasən, yüksək hərarət, qızartılar, iy bilmə və dadbilmənin azalması və ya azalması, baş ağrısı, qusma, ishal, halsızlıq, yüngül öskürək və digər əlamətlər daxildir”.

Qeyd edək ki, hazırda ölkəmizdə COVID-19 testi pozitiv olan analardan doğulan 16 körpə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında həkimlərin nəzarəti altındadır. Bunlardan 12-si klinikada dünyaya gələnlər, 4-ü isə digər klinikalardan köçürülənlərdir. Digər klinikadan köçürülən 4 körpədə koronavirus aşkarlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər