“Uşaqların Hərbi Qənimətlər Parkına səfəri çox vacibdir” – Tahir Mirkişili

628

“Uşaqların Hərbi Qənimətlər Parkına səfəri çox vacibdir. Pandemiya şəraiti imkan verdikcə mən bütün valideynləri, məktəb rəhbərlərini (Bakıda, rayonlarda) uşaqları bu parka ziyarətə aparmağa çağırıram! Məhz onların şüurunda bu möhtəşəm qələbə əbədi olaraq həkk olunmalı, özlərini güclü saymalıdırlar. Bu gün və gələcəkdə biz daim güclü olmalıyıq. Hər mənada…”

sumqayitxeber.com-un xəbərinə görə, bunu deputat Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, bu qələbənin nəticələrini görən uşaqları böyüyəndə daha da böyük uğurlara imza atacaqlar: “Bütün sahələrdə. Əks halda yaşamaq şansımız belə olmayacaq… Biz Yaponiyada səfərdə olarkən Robotlar muzeyini ziyarət etmişdik. Bu çox müasir, texnoloji və müasir bir muzeydə ən çox diqqətimizi çəkən muzeydə xeyli sayda 5-8 yaşında uşaqların olması idi. Yaponlar yaşlı nəslin uğurlarını kiçik uşaqlara ona görə göstərirlər ki, onlar üçün bu texnologiyalar indidən əlçatan olsun və onlar böyüyəndə bundan da yaxşılarını yaratsınlar…”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər