ÜST: Bu ilin sonunadək peyvənd əlçatan olacaq

896

“Pandemiyanın sürəti artır. Avropada vəziyyət yaxşılığa doğru gedir. Ancaq dünya üzrə ümumilikdə vəziyyət yaxşı deyil”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu ilin sonunadək peyvənd tibb işçiləri və həssas qrupdan olan insanlar üçün əlçatan olacaq: “Ümid edirəm ki, peyvənd 2020-ci ilin sonunda tibb işçiləri üçün əlçatan olacaq”.

O əlavə edib ki, dünyada virusa yoluxanların 21 faizi tibb işçisi, 94 faizi isə yaşı 65-də yuxarı olan şəxslərdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər