ÜST koronavirusu pandemiya elan etdi

1236

“Yeni növ koronavirusun yayılması pandemiyaya çevrilib”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədəki brifinqdə rəsmi şəkildə elan edib.

“Yaxın günlərdə və həftələrdə ölüm və yoluxma halları müşahidə olunan ölkələrin sayı artacaq”, – deyə baş direktor bildirib.

Qeyd edək ki, pandemiya yoluxucu xəstəliyin dünyanın ayrı-ayrı ölkələrində güclü epidemiyaya çevrilməsidir.

Hazırda 114 ölkədə 118 min nəfər koronavirusa yoluxub. 4291 nəfər isə dünyasını dəyişib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər