ÜST rəsmisindən sərt karantin rejiminə yenidən qayıtmaqla bağlı VACİB AÇIQLAMA

1240

“Payız mövsümündə koronavirus pandemiyası ilə bağlı yoluxmaların artacağı gözlənilir. Bu barədə bir çox ekspertlər proqnozlar verir”.

Bu barədə Oxu.Az-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı açıqlama verib.

Onun sözlərinə görə, ÜST yeni dönəmdə bu günə qədər xəstəlik barədə öyrəndiyi məlumatlar əsasında yeni tədbirlər irəli sürəcək:

“ÜST bu günə qədər araşdırdığı məqamları yenidən gözdən keçirəcək”.

O, ölkədə sərt karantin rejiminə qayıtmaq məsələsindən də danışıb:

“Müəyyən bölgələr olaraq karantin tədbirlərinin yenidən tətbiqi və insanların qaydalara məsuliyyətli yanaşmasını tövsiyə edir.

Virusla mübarizənin lokallaşdırılması, bölgələrdə xəstəliklə bağlı vəziyyəti gözdən keçirməsi vacibdir”.

H.Harmancı qeyd edib ki, xəstəliyə yoluxan şəxslərin araşdırılması, onun kimlərlə yaxın ünsiyyətdə olması son dərəcə vacib məsələdir:

“Bu məqama diqqət edilməli və onların sağlam şəxsləri yoluxdurmasının qarşısı alınmalıdır. Bu səbəbdən insanların küçələrdə gəzməsi sərbəst olacaq. Lakin qapalı məkanlarda, bankların qarşısında tibbi maskalar olmadan dayanmaq məsləhət görülmür, başqa şəxslərlə ünsiyyət zamanı fiziki məsafə qorunmalıdır.

Bu qaydalara məsuliyyətlə əməl olunarsa, ölkələrdə ciddi, sərt karantinlərin tətbiqinə deyil, daha yumşaldılmış formada, qabaqlayıcı tədbirlərin görülməsinə, lokal qapanmalara gedərək xəstəliklə mübarizəni davam etdirmək olar”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər