Vəkil – vicdan deməkdir

1031

Azərbaycan qadınıbütün dövrlərdə qətiyyəti, cəsarəti, işgüzarlığı, mənəvi keyfiyyətləri ilə seçilmiş, nəcib təşəbbüslərin, haqq-ədalətin tərəfdarı kimi çıxış etmişdir. Sumqayıtda da beləəməl sahibləri az deyildir. Onlardan biri – gənc hüquqşünas Nigar Aydın qızı Hüseynova haqqında söhbət açmaq istəyirəm. Uzun illər mətbuat sahəsindəçalışan anası Zümrüd Baloğlanova təkcə Sumqayıtda deyil, respublikamızda tanınan jurnastlərimizdən olub. İllər sonra dünyaya gələn Nigar bir ailənin sevincidir. O, 1986-cı il oktyabrın 30-da Sumqayıtda anadan olub . 23 nömrəli tam orta məktəbdə oxuyub. Hələ məktəb illərindən hüquqşünas olmaq arzusunu reallığa çevirmək üçün sənədləriniQafqaz Universitetinin Beynəlxalq hüquq fakültəsinə verib və arzusuna çatıb. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra Bakı Dövlət Universitetində təhsilini davam etdirib. Bir müddət Türkiyədə mülki hüquq sahəsində təcrübə qazanıb. Hazırda müstəqil vəkil kimi fəaliyyət göstərir.RespublikaVəkillər Kollegiyasının fəalüzvlərindən biridir. Bu sahəni mükkəmməl bilir.İki övladı – bir oğlu, bir qızı var.
Bu yaxınlarda Azərbaycan vəkilləri öz peşə bayramlarını qeyd etdilər. Bu münasibətlə Sumqayıt Vəkillər Bürosunda da tədbir keçirildi. Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov tərəfindən işində fərqlənən bir qrup vəkilə, o cümlədən Nigar Hüseynovaya fəxri fərman təqdim olundu.
Nigar xanımın hüququn müxtəlif sahələrində, eyni zamanda mülki hüquq sahəsində böyük təcrübəsi var. Bütün bunlar ilk baxışda adi görünən ömrün yaddaqalan anlarıdır. Ancaq bunun üçün nə qədər səy göstərmək, əziyyət çəkmək lazım gəldiyini çoxları bilmir. Haqqında danışdıım gənc hüquqşünas həyatda qazandıqlarının hamısına öz zəhməti ilə nail olub.
Zümrüd xanım qızı barədə söylədi ki, Nigar hələ uşaq ikən haqsızlığa qarşı olub. Heç nədən çəkinməyib.Peşəsinə sevgi və istəyi, bir sözlə, uşaqlıqdan yaranıb. Bilirdim gələcək həyatı hüquq sahəsiyləbağlı olacaq.Nigar Yer kürəsində haqqın, ədalətin bərqərar olmasını hər şeydən üstün tutduğunu deyir. Haqq yerini tapanda insan özünü rahat hiss edir. O hissi isə ancaq bu sahədə qazandığı uğurlardan ala bilir. Müvəkkilləri onun mülki hüquq sahəsində uduzmayacağına əmindirlər. Nigar işini dərindən bilir. Əsas fərqlərindən biri də budur ki, o, hər şeyə vicdanla yanaşır, bunu öz doğmasının işi sanır. Deyir ki, əziyyətlə başa gələniş mütləq uğurlu olur.
Bəli, Nigar Hüseynovanı hamıcəsarətli, nəcib və xeyirxah bir vəkil kimi tanıyır. O, atasından güc, qüvvət, anasından bilik və bacarıq əxz edib özünə.İndiyədək yüzlərlə məhkəmə işinəçıxıb və uduzmayıb, insanların hüququnu cəsrətlə müdafiə edib. Təsadüfi deyil ki, məhz onun ünvanına müraciət edənlərin sayıçoxdur. Vəkillik statusunun ən böyük uğuru haqlı olan müvəkkilinə bəraət haqqını qazandırmasıdır ki, Nigar xanım da bir çox halda buna nail olur.
Nigar Hüseynova çalışdığı sahə barədə belə dedi:
– Vəkil hər şeydən əvvəl ali hüquq təhsilli olmalıdır. Hadisələr və prinsiplər
arasında əlaqə qura bilməli, yaxşı nitq qabiliyyətinə və məsuliyyət hissinə malik olmalıdır.
Əminlklə demək olar ki, Nigar Hüseynovada bu kimi keyfiyyətlr hərərəfli formalaşmışdır. Ona şərəfli işində daha böyük uğurlar qazanmasınıarzulayırıq!

İlhamə Məhəmmədqızı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər