VƏTƏN UGRUNDA ŞƏHİD OLANLAR UNUDULMAYACAQ!

632

KƏRİM ƏHMƏDƏLIYEV , HƏR ZAMAN QƏLBİMİZDƏ YAŞAYACAQSAN!
Milli -mənəvi birliyimiz,Vətən ogullarının dogma el-obaya sədaqəti,mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi.Milli mentalitetimiz ,milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə ogulların çiyinlərində yüksəlir.Torpaqlarımızı erməni işgalından azad edərkən şəhid olan əsgərlərimizdən biri də Əhmədəliyev Kərim Rövşən oglu olmuşdur.Kərim mərd,cəsur,ölümün gözünə dik baxan ogullardan idi.O,1998-ci ildə iyun ayının 12-də Suqayıt şəhərində anadan olmuşdur.Orta təhsilini 2005-2016-cı illərdə Sumqayıt şəhərində anadan olmuşdur.Orta təhsilini 2005-2016-cı illərdə Sumqayıt şəhər 5 nömrəli məktəbdə almışdır.2016-2020-ci illərdə Azərbaycan Texologiya Universitetində Ali Təhsil almışdır.2020-ci il iyun ayında vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanmış ,44 günlük Vətən müharibəsində iştirak etmiş və oktyabr ayının 4-də Agdam,Tərtər-Agdərə istiqamətində gedən döyüşlərdə iştirak etmiş,Suqovuşanın azadlıgı ugrunda döyüşərək qəhrəmancasıa şəhidlik zirvəsinə ucalmışdır.
Bu gün Sumqayıtda yerləşən bir çox məktəblərdə Əhmədəliyev Kərimin adını daşıyan siniflər mövcuddur. Bunlardan biri də Sumqayıt şəhər Adil İbrahimli adına 14 nömrəi tam orta məktəbin 7″Ç” sinfidir. Kərimin adını daşıyan 7″Ç” sinif şagirdləri, valideynləri, sinif rəhbəri Əliyeva Ülviyyə və bəstəkar Arif Səlimov şəhidin ailəsini ziyarət edib. Şəhidin anası Tamilla xanım Kərimin uşaqlıgından ta ki şəhidlik zirvəsinə ucalana kimi olan həyat yolundan qürurla danışıb. Daha sonra Arif Səlimov şəhidimiz adına bəstələnmiş “SONUNU DÜŞÜNƏN QƏHRƏMAN OLMAZ” adlı nəgməni səsləndirib. 7″Ç” sinif şagirdləri Kərimin adına yazılmış şeirlər söyləyib, sinif rəhbəri Ülviyyə müəllimə şəhidhaqqında qürurla danışıb və məhz öz sinfinin Əhmədəliyev Kərim adına oldugu üçün fəxr etdiyini bildirib.
Xatırladaq ki, Ülviyyə Əliyeva “MƏNİM QƏHRƏMANIM KƏRİM ƏHMƏDƏLİYEV “adlı kitabın müəllifidir.
Sonda şəhidimizin anası ilə xatirə fotoları çəkilib .

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər