“Veysəloğlu” işçi axtarır – VAKANSİYA

1423

Veysəloğlu Şirkətlər Qrupu

Vəzifə: Direktor köməkçisi
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Təhsil: Ali təhsil

İşin Təsviri: Rəhbərin günlük işinin planlanması, hesabatların hazırlanması və müvafiq məlumatların araşdırılmasına yardımçı olmaq.

Vəzifə öhdəlikləri:

– Sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
– Rəhbərin iştirakı edəcəyi toplantıların, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması və protokollaşdırılması;
– Rəhbərin qonaqlarının və telefon zənglərinin qəbulu;
– Daxil olan aylıq hesabatların nəzərdən keçirilməsi və oxunması, ilkin qiymətləndirilməsi, cəmlənməsi və rəhbərliyə təqdim edilməsi;
– Ezamiyyətlər  üçün hazırlıqların görülməsi, marşrutların seçilməsi, səfər planlarının hazırlanması;
– Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

– Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
– Planlama qabiliyyəti;
– Yüksək təşkilatçılıq bacarığı;
– MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Direktor köməkçisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər