Vüqar Bayramov: “Bu yola öz elmimə və elimə güvənərək çıxdım”

373

9 fevral növədənkənar parlament seçkilərində 84 saylı Füzuli sekçi dairəsindən səs çoxluğu ilə qələbə qazanan iqtisadçı Vüqar Bayramov da deputat olaraq ilk fikirlərini  bölüşüb.

Jurnalistlərin ekspert qıtlığından əziyyət çəkdiyi uzun illərdir dövrlərdə V.Bayramov hər zaman onlarla qarşılıqlı əməkdaşlıq şəraitində çalışıb.

Elə buna sübut olaraq, seçkilərin səhəri günü suallarımızı böyük məmnuniyyətlə cavablandırıb.

O deyib ki, bu yola elminə və elinə güvənərək çıxıb:

“Kampaniya dövründə vətəndaşların mənə olan güvənini hiss etməyim çox xoş oldu. Hava şəraitinin kəskin soyuq olmasına baxmayaraq, onların mənə olan inamı, güvənini duydum.

Seçicilərimiz tam şəffaf və aktiv şəkildə seçim etdilər. Hətta bülletenlərin sayılması prosesi belə, müşahidəçilərin canlı yayımı ilə müşayiət olunurdu. Yəni müşahidəçilər bülletenlərin sayılmasında birbaşa iştirak edirdilər”.

İqtisadçı deyib ki, nəticələr həm də böyük məsuliyyət formalaşdırır:

“Nəzərə alsaq ki, Azərbaycanın ziyalıları, o cümlədən, üç akademik seçki kampaniyası çərçivəsində rəsmi vəkilim idi, bu, məsuliyyəti daha da artırır”.

V.Bayramov bundan sonrakı mərhələnin daha məsliyyətli olacağını qeyd edib:

“Deputat kimi daimi seçicilərimin yanında olacağam. İnsanların qayğılarını bilmək üçün onları dinləmək çox vacibdir. Ona görə də mən seçicilərimlə mütəmadi görüşlər keçirmək, onları dinləmək, insanları maraqlandıran məsələləri həm millət vəkili olaraq, həm də qanunveicilikdə əks olunması istiqamətlərində iqtisadçı olaraq dəstək olmağa çalışacağam. Eyni zamanda, mən iqtisadçı aliməm. Çalışacağam ki, parlamentdəki fəaliyyətimdə həm də iqtisadiyyatımız, cəmiyyətimiz üçün töhfə vermək imkanım olsun. İqtisadçı alim kimi iqtsadi inkişafa, ölkənin iqtisadi gücünün daha da artırılmasına dəstək olmağa çalışacağam. Bu baxımdan iki istiqamətdə- seçicilərimlə birbaşa ünsiyyət quraraq, onları qayğılandıran məsələləri dinləyərək dəstək olmağa çalışacağam. Eyni zamanda, iqtsadçı olaraq, ölkəmizdə aparılan iqtisadi islahatalara daha dərindən dəstək verəcəyəm”. modern.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər