“WhatsApp” çoxlu mesajlardan bezənlərə şad xəbər – Yeni özəllik gəlir

503

“WhatsApp” tətbiqində “Səssis rejim” və “Səyahət rejimi” adlı iki yeni özəllik istifadəyə veriləcək.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, “Səssiz rejim” sayəsində görülməsi istənilməyən mesajları səssiz rejimə salmaq mümkün olacaq.

Belə ki, mesajlarını oxumaq istəmədiyiniz şəxslər və qruplardan mesajlar gələndə ekranın üst hissəsində bildiriş göstərilməyəcək, nəticədə çoxlu mesajlar sizi narahat etməyəcək.

“Səyhət rejimi”ndə isə arxivlənən hər hansı bir söhbətdə yeni mesaj gələrkən arxivlənmiş yazılar yenidən görünməyəcək. İndiki halda isə arxivlənmiş mesajlar yenə də görünür.

Hazırda “Android”, iOS və “Windows Phone” platformalarında sınaqdan keçirilən bu ik yeniliyin yaxın zamanda rəsmən istifadəyə veriləcəyi gözlənilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər