“WhatsApp”a 3 yeni, maraqlı funksiya əlavə olunur – Şəkilli izah – FOTO

856

Dünyanın ən populyar mesajlaşma şəbəkəsi olan “WhatsApp”a yeni funksiyalar əlavə olunacaq.

Sumqayitxeber.com

 milli.az-a istinadla xəbər verir ki, hazırda bu özəlliklər iOs platformalı telefonların sonuncu versiyasında test edilir.

Yeni özəlliklərə görə artıq qrup çatlaşması zamanı mesaj yazan şəxsə, qrupdan çıxmadan, nömrəsini yaddaşa salmadan, özəl olaraq cavab vermək mümkün olacaq. Bunun üçün qrupa mesaj yazan şəxsin yazdığı mətni aşağı sürüşdürüb, “private reply” sözünə toxunmaq lazımdır.

İkinci özəllik fotoların üzərinə smayl, stiker əlavə edilməsi ilə bağlıdır. Belə ki, şəkilləri kiməsə göndərməzdən əvvəl onun üzərinə smayl, stiker qoymaq mümkün olacaq.

3-cü özəllik 3D touch funskiyasını dəstəkləyən “iPhone”lar üçün nəzərdə tutulub.

Yeniliklər test edildikdən bir müddət sonra, yaxın günlərdə bütün telefonlar üçün uyğunlaşdırılacaq.
"WhatsApp"a 3 yeni, maraqlı funksiya əlavə olunur - Şəkilli izah - FOTO"WhatsApp"a 3 yeni, maraqlı funksiya əlavə olunur - Şəkilli izah - FOTO

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər