“WhatsApp”da mesajlarla bağlı YENİLİK – FOTO

366

“WhatsApp” messencerinin növbəti yeniləməsi istifadəçilərin işini bir az da rahatlaşdırıb. Belə ki, tətbiqə mesajın öz-özünə silməsi ilə bağlı yeni taymerlər əlavə olunacaq. Bunun köməyi ilə istənilən mesaj seçilmiş müddətdən sonra çatdan avtomatik olaraq silinəcək.

Yoxa çıxan mesajlar üçün iki yeni müddət əlavə olunub: 24 saat və 90 gün. Əvvəllər mesajın avtomatik silinməsi göndərildikdən yeddi gün sonra mümkün idi.

Beləliklə, ümumilikdə istifadəçi üç vaxt seçiminə malik olacaq – 24 saat, yeddi və ya 90 gün.

O da vurğulanır ki, istifadəçi digər çat iştirakçılarının xəbəri olmadan yazışmaları silə bilməyəcək. Belə ki, ekranda müəyyən müddətdən sonra mesajların silinəcəyi barədə xəbərdarlıq mesajı görünəcək. Bu bildiriş mətnlərin tamamilə yoxa çıxmazdan əvvəl mesajların oxuna bilməsi üçün nə qədər vaxtın qaldığını göstərəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər