“WhatsApp”da yeni məhdudiyyət – 1 mesajı 5 nəfərdən çox insana…

2103

Populyar mesajlaşma tətbiqi “WhatsApp” təqdim etdiyi yeniliyi ilə gündəmə gəlib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra “WhatsApp”da saxta mesajları 5 nəfərdən artıq insana göndərmək mümkün olmayacaq.

Yenilik İndoneziyanın paytaxtı Cakartada keçirilən bir tədbirdə açıqlanıb. “WhatsApp” sözçüsü “BBC”yə verdiyi açıqlamada, bu qərarın ölkədə 6 ay müddətdir aparılan testlər nəticəsində qəbul olunduğunu söyləyib.

Qeyd edək ki, indiyə qədər istifadəçilərin bir mesajı 20 dəfə bölüşdürülməsinə icazə verilirdi.

Dünyadakı bütün istifadəçilər üçün keçərli olacaq bu tətbiq ilk dəfə mesajlaşmanın daha çox olduğu Hindistanda sınaqdan keçirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər