“WhatsApp”ın funksiyası “Messenger”ə də gəlir

303

Messenger” istifadəçiləri “Unsend” funksiyasını aşkar ediblər.

Technote xəbər verir ki, bu funksiyası sayəsində istifadəçi göndərdiyi mesajları silə biləcək.

Mesaj həm onu göndərənin, həm də digər şəxsin çatından silinir.

Göndərilmiş mesajın ləğv olunması üçün vaxt limiti də təyin etmək olacaq. Bu cür funksiya “Gmail” servisində də var. Belə ki, Gmail-də göndərilmiş məktubların silinməsi üçün 30 saniyə vaxt verilir.

“Facebook” şirkətinin təmsilçisi isə təsdiq edib ki, şirkət hal hazırda bu yeni funksiyanın testini aparır və testlərdən sonra hamı üçün aktiv olacaq.

Qeyd edə ki, göndərilmiş mesajların silinməsi funksiyası bu ildən etibarən “WhatsApp”da da istifadəyə verilib. “Qafqazinfo”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər