Wi-Fi kodunu qorumağın yolları

284

Osman Gündüz: “Bir sıra təhlükəsizlik qaydaları var ki, onlara əməl etmək lazımdır”

Wi-Fi kodlarının sındırlması adi hala çevrilib. Artıq istənilən şəxs xüsusi proqramlar vasitəsilə başqasının Wi-Fi-nin kodunu deşifrə edib, ondan istifadə edə bilir. Dəfələrlə bu barədə şikayətçi olan insanlara rast gəlirik. Az olmayan bir vəsait ödəyib, evinə, ofisinə internet çəkdirən şəxslər bir də öyrənir ki, artıq onun Wi-Fi-nin kodunu onunla bərabər qonşuları da bilir və istifadə edir. O da məlumdur ki, Wi-Fi istifadəçilərinin sayı artdıqca, internetin sürəti aşağı düşür.

Bu məsələ təkcə ölkəmizdə deyil, ən inkişaf etmiş ölkələrdə belə problemə çevrilib. Əgər bundan əvvəl ən güclü və ən təhlükəsiz Wi-Fi şifrələmə protokolu kimi WPA2 tanınırdısa, artıq onun da şifrəsini qırmaq asanlaşıb.

Bəs Wi-Fi kodumuzu necə sığortalayaq?

Mütəxəssislər qeyd edir ki, mənzilə quraşdırılan modemin arxasında İP adresi və parolu qeyd olunur.  Müxtəlif brauzerlərdən daxil olub, həmin İP adresini – 192, 168, 11 daxil edib, parol bölməsinə girib, “admin – admin” qeyd edib, daha sonra brodkast-a daxil olub, vareles-dən “brodcast-ı no” rejiminə keçirib, mak adreslərini qeyd etmək lazımdır.

Ekspertlər həmçinin Wi-Fi-ın loginini görünməz etməklə də kənar istifadəçilər üçün çətinlik yarada bilərlər.

Osman Gündüz ile ilgili görsel sonucu

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı “Yeni Müsavat”a danışaraq, öz tövsiyələrini bildirib:

“Bu, informasiya təhlükəsizliyi problemidir. Texnologiya inkişaf etdikcə bu cür təhlükələr həmişə olacaq. Bu, dünyada da, bizdə də belədir. Sadəcə, bir sıra təhlükəsizlik qaydaları var ki, onlara əməl etmək lazımdır. Məsələn, modemi quraşdıran şəxs bu təhlükəsizlik qaydaları barədə istifadəçiyə məlumat verməlidir, müəyyən təhlükəsizlik işlərini görməlidir. Həmçinin istifadəçi qaydalara riayət etməlidir. Məsələn, istifadə edilməyən zaman internet söndürülməlidir və sairə.

Bununla əlaqədar olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidməti var. İnternetlə bağlı şikayəti olanlar bu quruma müraciət edə bilər. Həmçinin adıçəkilən qurum daim təhlükəsizlik qaydaları ilə bağlı ictimaiyyəti maarifləndirməli, bu yöndə tədbirlər həyata keçirməlidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər