Xalası oğlu ilə nişanlı olan qızdan İNANILMAZ HƏRƏKƏT

1271

Şamaxı rayonunda intihar hadisəsi qeydə alınıb.

Çölbağırlı kəndində gənc qız özünü asaraq, öldürüb.

Çölbağırlı kənd sakini, 2001-ci il təvəllüdlü Mirzəyeva Ulduz Şəfi qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb. Valideynləri onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. U. Mirzəyeva xəstəxanada ölüb.

Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil.

Kənd sakinləri bildiriblər ki, Ulduz Mirzəyeva Hacıqabul rayonunun Muğanlı kəndində yaşayan xalası oğlu ilə nişanlı olub, yaxın vaxtlarda keçiriləcək toy mərasiminə hazırlaşırmış.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər