Xalqımızın vətənpərvərlik hisslərindən istifadə edərək təxribat yaratmaq cəhdi uğursuzluqla nəticələndi

1166

Beşinci kalonun xalqımızın vətənpərvərlik hisslərindən istifadə edərək təxribat yaratmaq cəhdi uğursuzluqla nəticələndi

Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur. Bugün vətənimizin hüdudlarını Milli ordumuzun qəhrəman əsgərləri qanları ilə nişanlayır və igid hərbçilərimiz torpaqlarımızın bir qarışını da düşmənlərə vermək niyyətində olmadıqları kimi, erməni tapdağında olan torpaqlarımızın da ən tez bir zamanda Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə düşməndən geri almağa hazır olduqlarını bildirirlər. Bunu iyul ayının 12-də günorta saatlarında Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində Ermənistansilahlı qüvvələri tərəfindəntörədilən növbəti hərbi təxribatda gördük. Qəflətən postumuzaaçılan artilleriya atəşi nəticəsində bir neçə hərbçimiz şəhid oldu, bir neçə hərbçimiz yaralandı. Düşmən təxribatının qarşısı alınan zaman Sumqayıtımızın fəxri, general-mayor Polad Həşimov da qəhrəmancasına şəhid oldu. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.

Erməni mətbuatından və sosial şəbəkələrdən məlumdur ki, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar, Azərbaycan prezidenti möhtərəm İlham Əliyevin qlobal siyasət məkanında liderə çevrilməsi onları çox narahat edir və paxıllıq hisslərini daha da gücləndirir. Möhtərəm prezidentimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti, bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsinə gətirib çıxarıb. Bu, həmçinin, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Möhtərəm prezidentimizin mötəbər kürsülərdən mütəmadi olaraq həm münaqişənin və həm də münaqişə bölgəsinin tarixi ilə bağlı gətirdiyi konkret faktlar mənfur düşmənlərimiz və onların havadarlarının məkrli təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu geniş beynəlxalq ictimaiyyətə təqdim edilən kifayət qədər təsdiqləyici sənədlər mövcuddur.

Törədilən təxribatın digər bir səbəbi son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlara imza atması, möhtərəm prezidentimizin təşəbbüsü ilə beynəlxalq təşkilatların Zirvə görüşlərinin keçirilməsi, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklifinin baş tutmasıdır. 130-dan çox ölkənin dəstəklədiyi bu təşəbbüsün ancaq Ermənistan əleyhinə çıxdı və bir daha özünü dünyadan təcrid və rüsvay etdi. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID-19 ilə bağlı mübarizə məsələsində öz mənfur düşmənçilik mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb etdi. Belə ki, Azərbaycan bütün dünyanı bu mübarizədə birləşməyi tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxdı.

Törətdikləri təxribatla bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat erməni çoxüzlüyünün növbəti təsdiqidir. Məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyən naxələf qonşularımız bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular.

Ötən gün Bakıda, Sumqayıtda və s. koronavirus pandemiyası, virusa yoluxma riski nəzərə alınmayaraq ordumuza dəstəklərini nümayiş etdirən kütləvi yürüşlər keçirildi. Yürüşlər şəhidlərimizə ehtiram, hörmət ilə bərabər, həm də azərbaycan xalqının dünyaya mesajı idi. Azərbaycan torpaqlarında ikinci dəfə erməni dövləti yaradılmasına qarşı olduqlarının təzahürü idi. Xalqımızın ordumuza dəstəyini nümayiş etdirən dünənki yürüş çox qürurverici idi. Möhtərəm prezidentimizin həyatımızın hər bir sahəsində apardığı titanik səylərin bizi bir millət kimi formalaşdırdığının, bir yumruq kimi birləşdirdiyinin, vətənin müdafiyəsi lazım gələndə hər kəsin bu amal uğrunda birləşdiyinin təcəssümüdür. Ölkədəki karantin rejiminə baxmayaraq hərəkətlərinə maneə yaradılmayan xalqımız bütün beynəlxalq aləmə göstərdi ki, onlar hər zaman Azərbaycan əsgərinin yanındadır və Ali Baş Komandanın əmrini gözləyirlər.

Bununla belə qeyd etmək yerinə düşər ki, koronavirus pandemiyasının dünyanı cənginə aldığı bir zamanda insanlarımızın heç bir qoruyucu vasitədən istifadə etmədən, sosial məsafə gözləmədən keçirilən bu yürüş pandemiya ilə mübarizədə atılan addımları, yoluxmanın sayının artmasının qarşısının alınması istiqamətində görülən işləri bir növ təkrar başa qaytarmaq oldu. Əlbəttə bu yürüş Azərbaycan hökumətini olduğu qədər, sadə vətəndaşlarımızı da çətin vəziyyətə saldı. Bir də təəssüfhissi ilə qeyd etmək istəyirəm ki, beşinci kalonun bir-neçə ünsürü xalqımızın vətənpərvərlik hisslərindən istifadə edərək təxribat yaratmağa cəhdgöstərdilər. Əminəm ki, ordumuza dəstək məqsədilə keçirilən tədbirə kölgə salmaq istəyən təxribatçıların arzuları ürəklərində qalacaq. Bütün xalq ordumuzun tərəfindədir, xalq Azərbaycan şəhidini öz balası, öz qardaşı kimi bağrına basır, hörmətlə yanaşır. Ümidvaram ki, hüquq-mühafizə orqanları təxribatçılara qarşı lazımi tədbir görəcəklər.

Sonda bir daha şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbçilərimizə Allahdan şəfa diləyir, insanlarımızı, xüsusilə gənclərimizi koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə yaddan çıxarmamağa, virusa yoluxma riskini dəfələrlə artıran toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə dəvət edirəm.

Yeni Azərbaycan Partiyası

Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər