Xan Rafael Ağayevin “Karate Combat”da çıxışına yaxşı baxmır: “Bu, karate deyil, kikboksinqdir”

516

“Rafael Ağayevin “Karate Combat”da çıxış edəcəyini bilirəm. Düzünü desəm, o, WKF karatenin əfsanəsi, yaxşı idmançı, zəhmətsevər insan olduğu üçün bu turnirdə çıxış etməsinə yaxşı baxmıram”.

Bunu Oxu.Az-a açıqlamasında Rusiya Karate Federasiyasının vitse-prezidenti Viktor Xan deyib.

O, sabah “Karate Combat” turnirində ikinci döyüşünü keçirəcək Rafael Ağayev haqda danışıb. Onun sözlərinə görə, Rafael bir əfsanə olaraq belə bir turnirdə çıxış etməməli idi:

“O bu yarışda çıxış etməməlidir. Oradakı qaydalar başqa cürdür. Həmin qaydaları mütləq dəyişmək lazımdır. Kimonosuz karate döyüşmək karate demək deyil. Belə olan halda, kikboksinq alınır, karate yox. Bu heç MMA da deyil. Bu, mənim şəxsi fikrimdir. Ancaq mən olsaydım, onu ora getməyə qoymazdım.

Məncə, Rafael üçün pul önəmli deyil. Ona bir oğlum kimi hörmət edirəm. O, harada yarışmalı olduğuna özü qərar verməlidir. İndiki halda biz ona bu yarışda azarkeşlik edəcəyik”.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 22:00-da Macarıstanın paytaxtı Budapeştdə Rafael Ağayev və onun rəqibinin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Sabah isə döyüş olacaq. Lakin məxfilik səbəbindən Rafael Ağayevin rəqibinin adı açıqlanmır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər