Xərçəngi tamamilə məhv edən peyvənd hazırlanıb

348

Harvard Universitetinin alimləri immun sisteminin xərçənglə mübarizəsinin fəallaşmasına kömək edən peyvəndin işlənib-hazırlanmasına nail olublar.

Oxu.Az xəbər verir ki, bu barədə “MedicalXpress”in press-relizində məlumat verilir.

Müalicə şişlərin hər biri üçün spesifik olan neoantigenlərə – bədxassəli hüceyrələrin üzərində olan defektli peptid molekullarına əsaslanır. Dendrid hüceyrələr T-limfositlərə neoantigenləri tanımağa kömək edir və immunitetin şişlərə qarşı yönəldilən reaksiyasını təmin edir.

Tədqiqatçılar çox kiçik silikon millərdən ibarət olan və polietileniminlə – DNK və zülalların hüceyrələrə çatdırılmasında istifadə edilən birləşmə ilə örtülü biomaterialdan istifadə ediblər. Dəri altına yeridildiyi zaman o, dendrit hüceyrələrini cəlb edən üçölçülü çərçivə əmələ gətirir.

Millər neoantigenlərlə birləşdirilibi ki, bu da sonunculara dendrit hüceyrələrinin daxilinə asanlıqla daxil olmağa kömək edib.

Sınaqların nəticələri göstərib ki, belə peyvəndlər adi peyvəndlərdən daha effektivdir  və siçanlarda immun sisteminin güclü reaksiyasına səbəb olub.

Belə ki, analıq boynunun xərçəngilə bağlı olan peptid Е7 tərkibli peyvənd yaradılıb. Bu, 150 gündən çox yaşayan gəmiricilərdə şişlərin tam məhv edilməsinə kömək edib, halbuki ənənəvi üsulla müalicə edilən heyvanlar 30 gün ərzində ölüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər