Xərçənglə mübarizə üsulu tapıldı – Yeni kəşf

743

ABŞ-ın Harvard Universitetinin alimləri bədxassəli şiş hüceyrələrinin maddələr mübadiləsini dəyişdirmə üsulunu tapıblar. Bu da onların müalicəsinin effektliyini yüksəldir.

“Medicina” xəbər verir ki, bu barədə “Cell Metabolism” jurnalında dərc olunan məqalədə bildirilir.
Məqalədə qeyd olunur ki, kimyaterapiya seanslarından sonra alimlər sağ qalan hüceyrələrin maddələr mübadiləsində müvəqqəti dəyişikliyə məruz qaldıqlarını müəyyənləşdiriblər. Bu müvəqqəti dəyişiklik nəticəsində residiv meydana gəlir, şiş hüceyrələrini əsas terapiyaya qarşı həssas edir.
Əgər qlutamin metabolizminə və nukleotid sintezinə qısa müddətli təsir göstərən dərmanlar istifadə olunarsa, müqavimət göstərən hüceyrələr məhv olar və nəticədə xəstə sağ qalacaq.
Bildirilir ki, aşkar edilən fakt qan xərçəngində tapılan və kemoterapiyaya davamlı olan hüceyrələrə qarşı mübarizə aparmağa kömək edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər