“Yararlı övlad yetişdirmək yolunda hər birinizə ən xoş arzu və niyyətlərimi çatdırıram”

945

Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadlı, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişdirmək hər bir dövlətin əsas məqsədidir. Millətimizin övladlarının təhsil alması, vətənə, dövlətə yararlı olması istər fərd olaraq istərsə də toplum olaraq ən böyük arzumuzdur.

Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə , sevinc və həyacanla gözlənilən , xüsusi qayğı və məmnuniyyətlə , təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub , kitablar oxuyacaq , şeirlər əzbərliyəcək və beləcə dünyanı dərk edəcəklər. Bu yöndə müəllimlərlə yanaşı həmçinin valideynlərin də üzərinə böyük yük düşür. Yararlı övlad yetişdirmək yolunda hər birinizə ən xoş arzu və niyyətlərimi çatdırıram.
Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı , Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğrlu davamının göstəricisidir. Orta məktəblərin əsaslı təmir olunması, yenidən qurulması, əyani vəsaitlərlə təminat dövlətimizin təhsili daim diqqətdə saxlamsının bariz nümunəsidir.
Əziz şagirdlər və tələbələr pandemiya şəraitində təhsil almaq təbii ki, bir sıra çətinliklər yaradır. Amma inanırıq ki, çətin durumun olmasına baxmayaraq biz bu sınaqdan da üzüağ çıxacağıq. Hər birinizə yeni tədris ilində uğurlar arzulayır, möhkəm iradə və iti zəka diləyirəm.

Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər