“Yarmada” qəzetinin sürücü “jurnalistləri”

1741

“PRESS YARMADA” lövhəciklərinin qiyməti 70-150 manat arasında dəyişir.

357201Xatırlayırsınızsa, yazılarımın birində “reket jurnalistika” məsələsinə toxunmuşdum. Bu günlərdə xəbər saytlarının birində oxudum ki,  Mətbuat Şurasında “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrinin bir qrupunun oradan çıxarılması məsələsi ətrafında müzakirələr aparılıb.  Qeyd edək ki, Mətbuat Şurasının  “Apelyasiya Qrupu” ötən müddət ərzində bununla bağlı məsələləri də araşdırıb.  Adları “reket jurnalistika” siyahısında olan 26 qəzetlərin dərc etdiyi yazılarla bağlı monitorinqlər keçirilib. Həmin 26 qəzetin “qara siyahı”dan çıxarılması nəzərə alınıb və bununla bağlı yaxın günlərdə KİV-lərində siyahının dərc edilməsi qərar alınıb.

Həmin qəzetlər ötən müddət ərzində fəaliyyətlərində dönüş yaradıblarsa, bu bir təqdirəlayiq hal kimi qiymətləndirilə bilər.  Keçək əsas mətləbə.

“Yarmada” qəzetinin Sumqayıt şəhərində avtomobil sürücülərinə “PRESS YARMADA” lövhəcikləri payladığı barədə yazmışdıq. Araşdırmalarımzı bir daha onu göstərir ki,  bu lövhəciklər əsasən xarici ölkə istehsalı olan avtomobillərdə mövcuddur. Bunları görəndə özümdən asılı olmayaraq üzümdə təbəssüm yarandı. Dedim ey diliqafil deyəsən içi mən qarışıq həmkarlarımın güzəranı düzəlməyə başlayıb. Birdən yadıma düşdü ki, ayaqlarımın altındakı asfaltdır.  Bu lövhəciklərdən istifadə edənlərin görəsən hansı məqsədləri var?  Bu avtomobilləri Dövlət Yol Polisinin müfəttişləri yol hərəkəti qaydalarını pozan zaman saxlayarkən cərimə ödəmək əvəzinə  həmin adamarın yadına “jurnalist” olmaqları düşür və o dəqiqə vəsiqələr üzə çıxır. “Jurnalist” olduqlarını sübut edə bilmədikləri halda, baş redaktor Həsən Hüseynliyə telefon edirlər və o, da öz növbəsində “qələm sahibləri”ndən köməyini əsirgəmir. Jurnalist olanda nə olar ki, gərək qanunları pozasan? Belə bir məşhur deyim var: “Qanun şahdır, şah qanun deyil”.  Çox təəssüflər olsun ki, heç vaxt bunun şahidi olmamışam.  Əlində səlahiyyətləri olan şəxslər həmişə qanunu öz maraqlarına uyğun istədikləri şəkildə çək-çevir ediblər.

“Jurnalistlər”in bu lövhəciyi əldə edilməsi üçün ödənilən məbləğ 70-150 manat arasında dəyişir.(Bu məbləğ bir ay üçün nəzərdə tutulur) Araşdırmalar nəticəsində “PRESS YARMADA” lövhəcikləri daşıyan bir neçə avtomobili müəyyən etmişik.  Müşahidələrimiz nəticəsində aşağıdakı avtomobillərin ön şüşələri üzərində  “PRESS YARMADA”  lövhəciklərinin olması müəyyən edilib. Siyahıda 4 avtomobil yer alıb:

1.  50 BS-464 – Mercedes 190        3.  90 BM-096 – Opel tigra

2.  50 BO-068 – Opel vectra           4.  50 CB-299 – Hyundai Grandeur

Bu hələ son deyil. Bununla bağlı müşahidələrimizi davam etdiririk. Mövzuya qayıdacağıq.

RAMİL ZEYNALLI

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • murad
    Oktyabr 2, 2010 - 12:57

    Düz buyurursunuz, mən sizin əldə etiyiniz faktlarla razıyam.Mən özüm də Sumqayıtda yaşayıram. “Yarımada” qəzetinin baş redaktoru Həsən Hüseynli harada ağıldan kəm, jurnalistik savadı olmayan, natamam orta təhsilli, qəzetçiliyin nə olduğunu bilməyən şəxsləri qəzetində işləməyə dəvət edir. Kimə gəldi “Press”ləri paylayır. Redaksiyasında isə gündə kompyuterdə işləməyə bir və bir neçə qız dəvət edir. Ağsaqqal adam da bu cür ləyaqətsizliyə əl atar heç?

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər