“Yaxşı işləyib ərlərinizdən bir qədər az asılı olasız” – İlham Əliyev

201

Prezident İlham Əliyev ötən gün Qəbələdə “Azərxalça” ASC-nin Qəbələ filialının açılış mərasimində iştirak edib. “Qafqazinfo” xəbər verir ki, mərasimdə çıxış edən prezident İlham Əliyev bildirib ki, bu müəssisəsdə 50-dən çox iş yeri yaradılıb:

“Əsasə məsələ odur ki, burada qadınlar üçün iş yerləri yaradılır. Qadınları işlə təmin etmək üçün xüsusi tədbirlər görülür ki, Azərbaycanda iş yerləri daha da sürətlə açılsın. Burada iş şəraiti də, əmək haqqı da yaxşıdır. Azərbaycanda xalçaçılıq sənətinin yaşadılması üçün biz çox böyük işlər görürük. Mənim göstərişimlə 30-dan çox xalça mərkəzi tikilməlidir. Onlardan 10-u artıq istifadəyə verilib. Sizə gələcəkdə uğurlar arzulayıram. Arzu edirəm ki, yaxşı işləyəsiniz. Həm ailə büdcənizə töhfə verəsiniz, ərlərdən bir qədər az asılı olasınız. Burada gözəl sənətimizi yaşadasınız”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər