“Yay məktəbi”nin yekununa həsr olunmuş “Yay Fest” adlı tədbir keçirilib

539
İyunun 30-da Təhsil Nazirliyi, Sumqayıt Regional Mədəniyyət İdarəsi, Sumqayıt şəhər, Abşeron və Xızı Rayon İcra Hakimiyyətlərinin dəstəyi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Yay məktəbi”nin yekununa həsr olunmuş tədbir keçirilib.
Xızı rayonunda ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən “Yay Fest”də Abşeron-Xızı Regional Təhsil İdarəsinin (RTİ) rəhbərliyi, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt şəhər, Abşeron və Xızı rayonları üzrə 600-dən çox şagird, təhsil işçiləri və valideynlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Giriş sözü ilə çıxış edən Abşeron-Xızı RTİ-nin müdiri İlhamə Abdullayeva təbdir iştirakçılarını salamlayaraq, “Yay məktəbi”nin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, bu gün ölkəmizdə təhsilə hərtərəfli qayğı göstərilir, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra tədbir iştirakçıları şagirdlər tərəfindən hazırlanmış müxtəlif mövzulu stendlərə baxış keçiriblər.
Sumqayıt-Abşeron-Xızı şagirdlərinin birgə intellektual və əyləncə proqramı çərçivəsində rəqs, muğam nömrələri, rəsm, əl və toxuculuq işlərinin sərgisi, bədii gimnastikanın təqdimatı məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirən öyrədici oyunlar nümayiş etdirilib.
Tədbir konsert proqramı ilə davam edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər