Yazıçı Varis saytımızın oxucularının suallarını cavablandırdı

4248

Sumqayitxeber.com saytının  “QONAĞIMIZ” bölməsi  bir neçə müddətdir ki, fəaliyyət göstərir. Xəbər verdiyimiz kimi növbəti qonağımız yazıçı Varis idi.  Qonağımız  saytımızın oxuyucularının suallarını cavablandırıb və cavabları sizin diqqətinizə çatdırırıq.

Qonağımız haqqında qısa qeyd : Varis Yolçiyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1991-ci ildə “168 saat” qəzetinə baş redaktorluq, 1993-cü ildə “7 gün” qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının “Gecə kanalı” proqramının yaradıcılarından olub. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk “TV plyus” milli teleradio jurnalının baş redaktorudur. Azərbaycanda və xarici ölkə mətbuatlarında yüzlərlə məqaləsi çıxıb, 2001-2005-ci illərdə dalbadal 5 dəfə müxtəlif beynəlxalq qurumlar tərəfindən (“European Market Research Center”, “Editorial Ofice” və s.) media mükafatlarına layiq görülüb. Müxtəlif illərdə “Dan ulduzu” ali jurnalistika mükafatına, “İlin ən yaxşı redaktoru” adına layiq görülüb. On səkkiz kitabın (“Əsl insan haqqında”, “Azərbaycan prezidenti”, “Azərbaycan gəncliyi – Azərbaycanın gələcəyi” və s.) redaktoru olub. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri “Ulduz” jurnalında dərc edilib. 90-cı illərdən başlayaraq isə onun ədəbi mətbuatda digər hekayələri (“Bir ovuc torpaq”, “Tənha yalquzağın nağılı”, “Əbədi məhəbbət dastanı”, “Səhər heç vaxt açılmayacaq”, “Sənə inanıram”, “Yol ayrıcında azıb qalanlar”) işıq üzü görüb. İlk bədii kitabı (“Sonuncu ölən ümidlərdir”) 2008-ci ilin noyabrında çap olunub. 2009-cu ildə yazıçının “Bir ovuc torpaq” kitabı işıq üzü görüb.

Vəfa Fərəcova

Salam Varis muellim!
İki əsərinizi sevə sevə oxuduq..Biz sizdən yeni əsərlər gözləyirik…Yaxın günlərdə yeni əsərinizlə bizi sevindirəcəkmisiniz?

Əziz Vəfa xanım, “sənə inanıram” adlı 3-cü kitabım bir qədər yubansa da, noyabrın sonunadək mütləq işıq üzü görəcək. Çox sağ olun.

Şükürova Nadilə

Salam hormətli genc yaziçimiz. Sizin romanlarinizla bağlı  məktub yazmişam, redakə  edib gondərəcəm, oz rəyimi bildirəcəm. Romanlarinizin ikisinidə oxudum. Çox bəyəndim. Əsərlərinizlə bağlı  sizə sualim var. Siz “Sonuncu olən ümüdlərdir” romanin baş qehramanlarin əsil adını çəkə bilərsinizmi(İlqar və Nailənin)? Bu mənim üçün çox maraqlıdı. Və birdə bilmək istərdim onlarin teleyi haqqinda indi nəsə bilirsinizmi? İlqar adıi qəhraman həbsdən çıxdımı? Nailə yenidən ailə qura bildimi? Birinci əsəriniz daha çox təsir edici, və maraqli idi. Cavablariniz üçün çox sag olun!!! Moskva, Şükürova Nadilə, 23 yaş, huquqşunaz. (P.s. səhflərim olsa uzurlu hesab edin)

Chox hormetli Nadilə xanım, qəhrəmanların adı Əminə və Rüfətdir. Əfsuzs ki onların sonrakı həyatları barədə heç bir məlumatım yoxdur. Fürsətdən istifadə edib Sizin vasitənizlə Moskvadakı oxucularıma öz minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Ilqar

“1 ovuc torpaq kitabında” qacqın ve məcburi köçkünləri təhqir etdiyinizin ferqindəsiniz?

Əziz Ilqar, 1 ilə yaxındır ki, bu kitab çıxıb, məhz bu kitabla bağlı iki minə qədər oxucu rəyi almışam, tək elə məcburi köçkünlərdən üçyüzədək rəy gəlib, hələ heç kəs belə bir rəy söyləməyib. Maraqlıdır, necə olub ki, siz bu qənaətə gəlmisiniz? Erməni əsgərlərinə qan udduran yeniyetmə məcburi köçkün obrazına görə təkcə elə ermənilərin mənə facebookda söyüş atəşinə tutması faktı məncə sizin suala ən gözəl cavabdır. Sağ olun.

Kərimov Aydın

Menim sizə 1 sualım var – Kiminsə sizin sənətdə Varisiniz olmasını istəyirsiniz? Tanışlarınızdan…

Əziz Aydın, mən hələ ədəbiyyata yeni gəlmişəm, heç iki il deyil. Hələ mən heç nə eləməmişəm. Mən özüm hələ kimlərinsə varsii olmağı reallaşdırmalıyam. Odur ki, bu sualın mənə  ünvanlanması hələ tezdir. Sağ olun.

Aytən Güləliyeva

Salam Varis müəllim. Ümid edirəm ki yaxşısınız. Əvvəla sizin “Sonuncu ölən ümidlərdir” əsərinə münasibətimi bildirmək istəyirəm. Ümid edirdim ki, bu uğurlu əsər olacaq, lakin əsəri oxuyub orada baş verən hadisələrin axarına düşüncə əsərinizlə bağlı ümidlərim suya düşdü…Belə ki, əsərdə uydurmalar çoxdur.Ən bəsitini sizə nümunə gətirəcəm. Bundan sonra nəticəni özünüz çıxararsız: “Nailə həbsdən çıxdıqdan sonra İlqardan intiqam almaq məqsədilə ona yaxınlıq verir və qısası onlar nəhayət, illərdən sonra bir yerdə olurlar. Hər şey bütün çılpaqlığı ilə ortada olduğu halda, İlqar Nailəni tanımır…İnsan bir vaxtlar çox yaxın olduğu və nəfəs aldığı insanı necə tanımaz?..Baxın bu Varis müəllim heç bir məntiqə sığmır”.

Və sonda bioqrafiyanızda 1993- cü ildə “7 GÜN” qəzetinə redaktorluq etdiyinizi qeyd etmisiniz.Amma mən bildiyim qədər həmin dönəmdə “168″ qəzeti sözügedən qəzetin nəzdində çıxıb və siz “7 GÜN”ün yox, məhz, 2 səhifəlik “168″in redaktoru olmusuz. Fəaliyyəti müddətində (1991-2001-ci illərdə) “7 GÜN” qəzetinin redaktoru Emin Eminbəyli olub.

Cavablandırsanız məmnun olardım..
Hər halda öncədən təşəkkürlər…

Əziz oxucum, öncə Nailənin İlqarı tanımaması faktına təəccübünüzün qarşılığında ötən həftə baş vermiş bir kriminal hadisəni xatırladacam. 10 il əvvəl rusiyaya gedən şəmkirli gənc bacısının əxlaqsızız yola düşdüyünü eşidib gizlincə rayona qayıdır, güdüb küçədə bacısına yaxınlaşır, müştəri kimi onunla danışıb görüş yerinə aparır. Orda isə qardaşı olduğunu söyləyib qızı öldürür.

Məncə əlavə şərhə ehtiyac yoxdur. O ki qaldı bioqrafiyamda tutduğunuz irada, mənim 1993-cü ildə 7 gün qəzetində redaktor olmağım faktdır. Emin Eminbəyli isə siz düşündüyünüz kimi, redaktor deyil, baş redaktor olub. Görürsünüzmü, səhv sizdədir. Sağ olun.

Nahid

Yeni kitabiniz ne zaman gelir?

Nahid bəy, tirajın şoxluğu və həcmin böyüklüyü səbəbindən 3-cü kitabımın çapı bir qədər yubansa da, inşallah noyabrın sonunadək baş tutacaq. Maraqlandığınız üçün sağ olun.

Əsmər

Salam Varis bəy. Əsərlərinizin hər ikisini oxumuşam. Hər ikisi müasir gəncliyə daha yaxındır. Amma mən mən “bir ovuc torpağı” daha çox bəyəndim. “Sonuncu ölən ümidlərdir” əsərində Nailənin məhz İlqardan aldığı qisası doğru deyildi. Yazılarınızı daima izləyirəm. Yeni kitabızı gözləyirəm. Sualım – doğurdanmı Azərbaycan qızları bu gün bu qədər dünyagörüşü zəif və reallıqlardan uzaqdırlar?

Əziz oxucum, qızlarımızın dünyagörüşünün zəif və reallıqdan uzaq olmaları qənaətinə nədən gəlmisiniz ki? Mənim qadın obrazımın heç biri sizin qət etdiyiniz ölçülərə uyğun gəlmir.

Ziyəddin

Salam. Mən İlqar bəyin fikri ilə razıyam. Məncə bu kitabınızda qaçqın və məcburi köçkünlər təhqir olunub. Qaş düzəldərkən göz çıxartmaq düzgün deyil axı. Cavab üçün təşəkkür edirəm.

Əziz Ziyəddin, İlqara yazdığım cavab sizə təkrar ünvanlayıram. 1 ilə yaxındır ki, bu kitab çıxıb, məhz bu kitabla bağlı iki minə qədər oxucu rəyi almışam, tək elə məcburi köçkünlərdən üç yüzədək rəy gəlib, hələ heç kəs belə bir rəy söyləməyib. Maraqlıdır, necə olub ki, siz bu qənaətə gəlmisiniz? Erməni əsgərlərinə qan udduran yeniyetmə məcburi köçkün obrazına görə təkcə elə ermənilərin məni “facebook”da söyüş atəşinə tutması faktı məncə sizin suala ən gözəl cavabdır. Sağ olun.

Eldar Həsənzadə

Salam Varis müəllim, “168 saat” qəzetində də əvvəllər seriallarınız dərc olunurdu. Amma indi nədənsə buna rast gəlmirik. Planda yeni nələrsə varmı?

Əziz Eldar bəy, doğrusu, vaxt məhdudiyyəti mənə seriallar yazmağa imkan vermir. Odur ki, yaxın müddətdə bu gözlənilmir. Sağ olun.

Afət

Salam. Əsərləri oxumuşam, amma doğrusu xarici ədəbiyyatı oxuyanda başa düşürsən ki siz çox primitiv yazmısınız, daha dərin yaza bilməzsiz, Elxan Elatlı məncə müasir yazarlardan əlbətdəki Çingiz Abdullayevdən sonra daha mənalı yazır.

Allah sizi Elxan Elatlıya çox görməsin, Afət xanım. Sağ olun.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • ilhame
    Noyabr 3, 2010 - 00:36

    eserlerinizi oxumusam xosuma gelib maraqlidi…ama men “sonuncu olen umidlerdir” eserinde Naileye haqq qazandirmiram cunki onun bir Azerbaycanli genc xanim kimi etdiyi hereketler hec de exlaq cercivesine uygun deyil ve onun basina gelen hadiseler bir nov onun cezasidir…bir de bir qeder daha realist ruhlu,heyati yazsaniz sevinerdim…ama bu o demek deyil ki,eserleriniz uydurmadi..cekdiyiniz eziyyete gore tesekkur edirem..gelecek karyeranizda ugurlar…Hormetle oxucunuz Ilhame…
    P.S ucuncu kitabinizi sebirsizlikle gozleyirem

  • ziyeddin
    Noyabr 11, 2010 - 14:43

    bildirdim axi qash duzelderken goz cixarmaq duzgun deyil. eserinizdeki yeniyetmenin igidliyini qash duzeltmek, mecburi kockunlerin ise gelen kimi (sehv etmiremse) mekteb binasina yigishmaqlarini, ozlerine her cur sherait – otaq heyet baca duzeltmeklerini ise (vetenlerine qayitmaq istiyenler bu qeder tez bir zamanda bu qeder sherait qurmurlar) goz cixarmaq adlandiriram.

  • sevinc
    Dekabr 4, 2010 - 00:19

    salam umud ediremki sualim cavablanacaq.men tesekkur edirem romanlari oxuduqca heyati mene oyretdiyinz ucun/sualim beledirki?sizin xeyalinizdaki ve ya usaq vaxti sevdiyiniz qiz buruq sacli qarabugdayi gozel ayaqli ince qiz olub?siz eserlerinizde hemise ele qizlari tesvir edirsiniz?

  • shebnem
    Fevral 6, 2011 - 21:05

    Salam Varis bey,InsheAllah yaxshisiz.. Menim size hec bir sualim yoxdu, Sadece burda 1xanima demek isteyiremki,siz Elxan Elatlini beyenirsiz lap yaxshi amma onu Varis beyden ustun bilmeyiniz hec mentiqe sigan bir shey deyil..Men Elxan Elatlinin da eserlerini oxumusham,fantaziyalardan hedsiz chox istifade eliyir ve en bashlicasi o eserlerinde qadinlarin ekseriyyetini ehtirasin quluna chevrilmish obrazini yaradir.axi bu qederde olmaz! Neyse,demeyim odurki gelin yaxshiya yaxshi deyek,qiymetini bilek. Bu qeder.. Varis bey size ugurlar. Sizi chox seven oxucunuz Shebnem..

  • Guler
    Fevral 11, 2011 - 12:30

    Salam,menim 19 yashim var,men sizin kitablari cox hevesle oxuyuram,bu gun 3cu kitabinizi oxudum,1 ovuc torpaq dunen anam aldi bu gun seher 12-00 da men artiq kitabi oxudum qurtardim,cox maraqlidir cox boyuk hevesle oxudum her 3 kitabida.Sizi teze tanidim ilk oxudugum romaniniz sonuncu olen umidlerdir,cox tesirlenmisdim ve qelbimde size qarshi boyuk hormet yarandi,tezlikle diger romanlariniz ishiq uzu gorecek??Hormtle-Tagiyeva Guler

  • Guler
    Fevral 11, 2011 - 12:36

    Birde uzr isteyirem bir seyide elave edim…Men ozum -ozluyumde Mafiya Zaura vurulmushdum)))),onun o hereketi etmesini fikirleshende deli olmushdum,Xelilden ise iyrenirem ..Bilendeki her seyi o edib tuklerim biz -biz durdu..ne ise .bir daha cox sag olun ,Guler …

  • Arif
    Mart 30, 2011 - 10:08

    Salam Varis Muellim. Men bu gece 2-den seher saat 8 kimi sizin “Sonuncu olen Umiddir” kitabini oxuyub, cox tesirlendim. Inan hec titanik filmi meni bele kederlendirmemisdi.
    Men de Ilqar ve Nailenin esil adlarini bilmek isteyirdim. Artiq bildim. Naile xanim Olkede olsaydi onu axtarib tapardim. Bilirem cetin olar. Bilmek isterdim dogurdan gozel qadin idi? Bir de ki, hele de kitabin tesirini yasayiram.
    Sagolun bele romana gore.

  • Aqil
    İyun 11, 2011 - 21:42

    Hörmətli Varis Yolçiyev!
    Həqiqətən Sonuncu ölən ümidlerdir romani ilk növbede muasir dövr üçün gerekli bir romandı.Bugun ki gündə bu kimi talehli insanlar çoxdu.
    Nailə surəti acinacaqli surət olsa daçbir o qədər də,nifrətə layiq surətdir.Burda cox adam düşünür ki,Nailənin belə vəziyyətə gəlibçixmasina zaman,atasi,İlqar,ailəsi,ehtiyacligi,shörətpərəstliyi gətirib çixarir.ama mənim fikrimcə,qandan çox shey aslıdır.BÜTÜN BU KEYFİYYƏTLƏR ELƏ ONUN QANİNDADIR

  • Gunel
    İyun 22, 2011 - 13:13

    Salam..Men “sonuncu olen umidlerdir”,”bir ovuc torpaq”,”sene inaniram” eserlerinizi oxumusham..Mence bu eserlerin her ucunde biraz da olsa oxsharlig var..Xususen de sonlarda..Her yazicinin oz desti xetti olur deyirler..Mence bu da ondan ireli gelir. Hal-hazirda men de heyatimda bash verenleri gundelik kimi yaziram..Cox istiyerdim bunu sizinoxuyub rey bildirmenizi..

  • Əsgərova Savat
    İyul 18, 2011 - 10:47

    Varis müəllim Azərbaycanın fəaliyyətində mütemadi uğurlar qazanmış yazıçısıdır.Romanlarını,qazetlərdə nəşr olunan yazılarını sevə-sevə oxuyuram.İnşallah sentyabr ayında çıxacaq 77.gün romanında sebirsizliklə gözləyirəm.Uğurlar sizə!

  • Shura
    Avqust 31, 2011 - 16:21

    Salam Varis bey.Men sizin”sonuncu olen umidlerdir”kitabinizi inanin bu yaxinlarda axwam ustu saat 8-den gece saat 4-e kimi oxudum cox beyendim ve coooooox da tesirlendim.Bu qehermanlarin cox acinacaqli heyat terzleri olub.Mene cox urek agrisi verdi bir Azeri qizinin Azerbaycan kimi oz adet enenelerini,exlaqini qoruyan bir olkede bele ezab eziyyet cekmesi.Men bu qehremanlarin esl adlarini ve sonraki heyatlarini cox bilmek isteyirem xaiw edirem mene bir cavab yazasiniz.Hem de bilmeynizi isteyirem ki,men bu kitabi sizin vasitenizle elde etmiwem siz ozunuz bu kitabi Gurcustana yollamisiz ve bu kitabi Gurcustanda da boyuk maraqla oxuyurlar.Inanin bu bir kitab(Sonuncu olen umidlerdir)elden-ele gezir butun Gurcustani.Size butun Gurcustan Azerilerinin adiyla oz tewekkurumu ve minnetdarligimi bildirirem!!!

  • Shura
    Avqust 31, 2011 - 16:43

    Birde Varis bey Abbas Sheyxzadenin,Ilqarin valideynlerinin,Shole xanimin,Nergizin,Ilqarin ovladlarinin heqiqi adlarini ve indiki taleleri haqqinda melumatiniz oldugundan eminem xaiw edirem mene de catdirardiniz bu melumatlari ve birde Naile ve Ilqarin xarici gorkemini tesvir ederdiniz mence butun oxuculara maraqlidi bu.Axi siz onlari realda gormusunuz(Men bundan eminem)

  • Tamila
    Sentyabr 14, 2011 - 03:26

    olar bilmek menim yazim ne sebeb silinib?

  • xeyale
    Sentyabr 17, 2011 - 21:54

    Nailenin ve Ilqarin taleyi hechki taleyh hechkime nesib olmasin!!!
    hele kitabi bitirmeyime az galib,kitabin evvelinden oxudugum yere geder goz yashlarimi tuta bilmirem,gece 12 den 4 de kimi oxumaga ustunluk verirem cunkigece sakitcilik olur ve butun fikirim kitabda olur ve oxudugca gozumun gabaginda canlanir hemin o hadiseler.
    Ilqarin Moskvada ola ola Naileye eshqini telefonda bildirmesi en xoshuma gelen bir episozdlardan biri oldu.

  • Tamila
    Sentyabr 23, 2011 - 00:02

    EVVELA SALAM,UMIDVARAM KI BU SEFER SHERHIMI TESADUFE QURBAMN VERIB SILMEYECEKSINIZ.MEN SONUNCU OLEN UMIDLERDIR ESERINI BOYUK ZOVQLE OXUDUM VE DEMEK OLAR KI INDIYE KIMI OXUDUGUM EN MARAGLI VE IBRETAMIZ HEYAT HEKAYESI ILE QARSHILASHTIM,OXUYARKEN DUYGULARIMA HAKIM OLA BILMEDIM CUNKI BU ESER MENIM HEYATIMIN TAM EKSIDIR.TEESUF KI YASHADIGIMIZ DOVRDE KASIB VE GUCSUZLERI TAPDALAYIRLAR VE ONLA NE ISE UMANDA ALCHAQCA QARSHILIG ISTEYIRLER.BU HEKAYEDE HEQIQTLER VAR VE AGIRDIR.INSANLIGIN NECE DE OLDIYUNE BIR NUMUNEDIR BU ESER.HEYATDA GEREK KECMISHE BAXIB HEYFSLENMEYEK,O KECHMISHTEN IBRET ALAQ VE DUZGUN QERARLAR VEREK.VARIS BEYIN ELLERI DERD GORMESIN,UGURLARININ DEVAMINI ARZU EDIB,MUVEFFEQ OLMASINI DILEYIREM.INSHALLAH KIBIZLERDE YENI ESERINI OXUMAG NESIB OLAR.ALLAH RAZI OLSUN

  • ayten
    Sentyabr 28, 2011 - 14:04

    salam Varis bey.oncelikle bele gozel bir eseri bizimle paylasdiginiza gore cox saqolun.uzun zamandan beri bele bir kitab oxumamisdim.yazdiqiniz romanla azeri xalqini kitab oxumaqa olduqca sövq elediniz.bilirsiz bu eseri filme alsaniz dunya bu eserden danisacaq.cox beyenilen bir sey olar.eslinde bu indiki butun zamane usaqlarina bir oyrenkdi.her sey zencirvari bir-birine baqlidir.yeni adi bir sehv insan heyatini ucurumlara apara bilir.bunu cox gözəl şəkildə qələmə aldığınıza görə var olun.Yazan eliniz var olsun!

  • kemale
    Oktyabr 18, 2011 - 21:42

    salam Varis bey menim adim Kemale di size Naxcivandan yaziram.sizin sonuncu olen umidlerdir romanivizi oxudug ve cox beyendik.size sualim Sonuncu Olen Umidlerdir romanin ardini yazmagi fikirlesirsiz? yazsaz sevinerik ve gardasimla beraber sizinle yaxindan tanis olmag isterdik bu mumkundurmu ?

  • deniz
    Dekabr 24, 2011 - 17:54

    men sizi en cox seven oxucunuzam.esrlerinizi cox beyenirem.cox isteyerdimki nakam mehebbet movzusunda esr yazasiniz.bele bir fikriniz vvar?

  • deniz
    Dekabr 24, 2011 - 17:57

    salam,bagislayinki narahat eledim/sorusmaq isteyirdimki “yol ayricinda azib qalanlar”kitabiniz ne vaxt cixacaq

  • Saxavet
    Fevral 19, 2012 - 23:40

    Hormetli Varis Muellim sizin “sonuncu olen umidler” adli romaninizi severek boyuk maragla oxudum…men sadece eserin gehramanlariyla yaxindan tanish olmag isterdim…birdeki sizin bu romaniviz niede ekranlashdirilmayib helede..?chox gozel ekran eseri alinar mence serial ve film cheksek pis olmaz..ele filmin soundtrackide hazirdir bu gala dashli gala…her sheye gore minnetdaram…(p.s:eger bir sehfim oldusa gabagcadan uzur isteyirem..men bu eser hagginda daha etafli danishardim genish suallar vererdim..)

  • nigar…
    Fevral 20, 2012 - 15:49

    salam varis bey. siz romanlarinizin 3de oxumusam 3 de beyenirem siz cox istedadli yazarsiniz.qeribesi bundadir ki hec kitab oxumayanlar sizin romanlarinizi boyuk hevesle oxuyur bunlardan biride menem cox ureye yatimli, mentiqli,insana heyat dersi veren romanlardir buna gore tesekkurler size.size sualim olardiki indiye qeder 4 eseriniz olub bunlar gercek heyatdan goturulub? ugurlar size

  • nigar…
    Mart 3, 2012 - 20:09

    varis bey men sizin romanlarinizi coooooooox sevirem esasda en sonuncu 77-ci gun romaninizi.cox maraqlidir.tewekkurler

  • fidan
    Mart 15, 2012 - 10:50

    bu eserinize göre size minnetdaram

  • Omer
    May 24, 2012 - 14:12

    Salam Varis bey. Men cox vaxt ishde oluram, kitablarinizi da alib evde ishden sonra axshamlar mutalie edirem. Her 3 kitabinizi artiq oxuyub bitirmishem, hamisi bir birinden maraqlidi. Ama 77-ci gun kitabinizi vaxt olmadigindan oxuya bilmemishem. Eger o kitabin elektron versiyasin saytlardan tapmaq mumkundurse, cox xahish edirem sayti yazin. Gozleyecem, sag olun.

  • neatliojka
    İyul 2, 2012 - 11:39

    cox gozel esrdi beyendin 2gune oxudum gozum agriya-agriya ayrila bilmirdim.qehremanlariniz realdi?

  • senuber kerimova
    İyul 19, 2012 - 17:40

    salam men sizin sonuncu olen umidlerdir,sene inaniram ve yetmis yeddinci gun romanlarinizi oxumusam cox beyenmisem buna gore size minnetdarligimi bildirirem hem oz adimdan hem de ailem adindan onlarda sizin romanlarinizi cox beyenirler.bir sualim var sonuncu olen umidlerdir romani olmus hadisedir yoxsa yox?esitdiyime gore mikrorayon da olub bu hadise bu duzdur?cavabiniza gore twkler

  • elvin yusifov
    Avqust 11, 2012 - 16:54

    Salam..Bilirsiz biz telebe yoldawlarimla sizin kitablarinizi cox beyenirik men ve bizim qizlara maraqlidiki ilqar niye eyni sehv ustunde naileni vehwicesine doydu ama oz heyat yoldawini oldurdu??mence heyat yoldawi onun namusu naile ise sevdiyidi idi qadin ve bu her weye cavabdir ama onlar menle razilawmadilar.bu haqda siz ne deye bilersiniz?cvb yazdiginiz ucun tewekkurler )))

  • Elya Qasanova
    Dekabr 2, 2012 - 00:29

    Salam.Men Sonuncu olen Umidlerdir romani dunen oxudum .Duzu helede romanin tesirindeyem,cunki sonun sonu bele qurtarsin hec istemezdim.Nailenin butun seflerine gore odediyi bedel 8 il azadliqdan mehrum olduqdan sonra belkede yeni bir heyat qurmasin cox isterdim.Menim duwunceme gore Ilqarla Naile belkede gercekden cox sevseydiler bir birlerini yalniz sevgileri ucun yawayardi ama onlarcun pulda sevgileri kimi terezide beraber idi ve axirda ne pul ne da ki sevgi qalib gelmedi.Ama menimcun qaranliq qaldi bir yer Ilqar hec olmasa sonradan nuranenin Naile oldugun bildi?ama Naile olarin uwaqlarin oz himayesine gourmekle dirnaqarasi yaxwiliq etmiw oldu ama dirnaqarasi.Romanda olan burun simalarin adi cekiler her kes GUNAHKARDIR fikrimce((

  • Vusale Rzayeva
    Yanvar 1, 2013 - 18:38

    Salam Varis Muellim, sizin 3 eserinizi cox maraqla oxumuwam ele maraqla ki, hetta 2 gune bele bitirdiyim gunler olub. Sonuncu olen umidlerdi eserini oxuyanda isde idim ordaki qehramanin alcaldilmasina doze bilmeyib, haminin gozleri onunde aglamaq tutmuwdu meni, heqiqeten de sizin eserleriniz real heyatla uygunlashir.. sonuncu eseriniz olan “77 gun” eserini de almiwam ama onu hele bitire bilmemiwem, bawqaalarina baxdiqda biraz murekkeb romana benzeyir.. insalah bunu da bitirerem.. Sizden yenilikler gozleyirem… TWKLER BELE ROMANLARA GORE.

  • Orxan
    Yanvar 6, 2013 - 18:48

    Salam.men sizin 3 eserinizi oxumuwam..ilk oxudugum 1 ovuc torpaq,,sonra sene inaniram ve daha sonra sonuncu olen umudlerdir..sizin 1 vuc torpaq ve sene inaniram eserlerinizin her ikisinde zorlama movzusu var..neye gore eserlerinizde bu movzulara aid yazirsiniz..ve mene o maraqlidi ki sene inaniram eserinde ki pul herisi olan qizin taleyi nece olur?ve onu diyim ki indiyene kimi menim kitab oxumaqa aram olmuyub ancaq gezmek hevesinde olmuwam..ama sizin eserleri oxumaga bawlayandan gezmeye hevesim olub..sizin butun eserlerinizi hamisini almiwam hele ki 3 nu qurtara bilmiwem..bele eserlere gore cox sagolun..

  • Ulya
    Fevral 22, 2013 - 02:11

    Salam,Varis muallim,coxdandir oz fikrimi bildirmek isteyirem,ancaq gozleyirdim ki,eserlerinizin hamisini qurtarim,sonra.5 romaninizin hamisini oxumusham.yenisini gozleyirem.ne zaman yeni eserinizi elime ala bileceyem?bu arada eserlerinizin hamisi teqdire layiqdir.turkler demali ,”sozun bitdiyi yer burasidir”yani deyacak bashqa sozum yoxdur.elanin elasidir.sizin kitabinizdan hetta qaynanama ad gununde hediyye de etmishem.seve-seve oxumush ve tesirlenmishdi.ozune gele bilmirdi.sag olun.

  • Ulya
    Fevral 22, 2013 - 02:13

    Bir de unutdum deyim,Zaqataladan yaziram.kitablarinizin hamisi burada satilir.

  • gunay
    Mart 31, 2013 - 12:55

    salam varis muellim.ureyim o qeder doludur ki.ama indi gorurem ki soz tapmiram yazmaga.men BDUnun filologiya fakultesinin mezunuyam.22yawim var bu vaxta qeder saaysiz hesabsiz ktblar oxumuwam.ve hec biri mene “SONUNCU OLEN UMUDLERDİR”eseri qeder tesir elememiüdi.goz yaülarim ktbi isladib tamam.deli kimi sevmek isteyirem men de.

  • gunay
    Mart 31, 2013 - 12:58

    belke de gelecekde sizle goruwduk.vaxt gelecek az.canin cox mewhur yazicisi size yaxinlawib deyecek ki yadinizdadirmi bir vaxt men sizin eserinize werh yazmiwdim.gunay.o qiz menem.sagolun

  • sema eliyeva
    May 25, 2013 - 16:44

    Salam Varis muellim men sizin eserini oxudum. eserinide oxuyuram.Sizin eserlerinizi boyuk hevesle oxuyuram.Fikrimce ne qeder eser oxusaq bir o qeder de soz ehtiyatimiz cox olar.Sizin kimi genc yazarlarimiz ne qeder cox olsa bir o qeder yawwidi.Coxdandir size oz fikirlerimi catdirmag istiyirdim.Bu vaxta qeder cox eser oxusamda daha tesirli daha sevdiyim eser mes sizin eseriniz olanromanidi.Cox isterdimki Sumqayit seher Eziz Eliyev adina tibb kolecinin telebeleri ile hemsohbet olasiniz.Sag olun

Vusale Rzayeva üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər