“Yenə iki od arasında” romanı sumqayıtlı oxuculara təqdim olunub

1085

Sumqayıt şəhəri Əli Kərim adına Poeziya Evində yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimatı və “imza günü” keçirilib.

Poeziya Evinin direktoru şair İbrahim İlyaslı roman və onun müəllifi barədə ətraflı məlumat verib. Bildirib ki, bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba “Ön söz”ü Xalq Yazıçısı Anar, “Son söz”ü isə akademik Nizami Cəfərov yazıb.

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Arif Vəliyev bu cür tədbirlərin keçirilməsini Sumqayıtda ədəbiyyata və yazıçıya sayğının nümunəsi kimi dəyərləndirib.

Əməkdar Müəllim, şairə Ofeliya Babayeva öz çıxışında qeyd edib ki, roman Qarabağ dərdimizi anlatdığına görə çox qiymətlidir və aparıcı xarici dillərə tərcümə edilməlidir.

Yazıçı-tərcüməçi Əyyub Qiyas, şair-publisist Əli Nəcəfxanlı da roman və onun müəllifi barədə öz mülahizələrini söyləyiblər.

Sonda Elçin Hüseynbəyli oxucular üçün öz kitabını imzalayıb və onlarla xatirə şəkli çəkdirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər