Yeni iPhone almaq üçün növbədə yer satılır

1257

Ötən günlərdə “Apple” şirkətinin təqdimatını keçirdiyi yeni “iPhone” modelləri tezliklə satışa çıxacaq, lakin indidən bu smartfonları almaq üçün növbələr düzülüb.

Virtualaz.org “Avito” portalının mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, hazırda Moskvada “iPhone” növbəsində ön sıralarda yer 250 min rubla (6 min manatdan çox) satılır. Bu məbləğə telefonun öz qiyməti daxil deyil.

Bildirildiyinə görə, yeni “iPhone”lar satışa ABŞ-da bu gün, Rusiyada isə sentyabrın 28-də çıxacaq.

Azərbaycanda yeni modellərin satışa çıxarılacağı tarix aıqlanmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər