Yeni sədr yüksək vəzifələrə onları TƏYİN ETDİ

1084

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin edilmiş Samir Nuriyev Komitədə bir sıra kadr dəyişiklikləri həyata keçirib.

Komitənin aparat rəhbəri vəzifəsinə Anar Quliyev təyin edilib. O, indiyə qədər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri vəzifəsində çalışıb və yeni vəzifəsində Ağamirzə Canmirzəyevi əvəz edib. Komitənin keçmiş aparat rəhbəri isə daha öncə çalışdığı və indiyə qədər vakant olan Texniki normalar və lisenziyaların verilməsi üçün təqdim olunmuş sənədlərlə iş şöbəsinin müdiri vəzifəsinə keçirilib.

Bundan başqa, Komitənin vakant olan Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri vəzifəsinə isə Şahnaz Mustafayeva təyin edilib. O, indiyə qədər MİDA-nın Maliyyə və təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin Komitənin Şəhərsalma şöbəsinə rəhbərlik edən Anar Bayramov tutduğu vəzifədən azad olunub. Bu vəzifənin icrası onun müavini Fəxri Aydəmirə həvalə olunub.

Xatırladaq ki, S.Nuriyev bundan əvvəl MİDA-nın İdarə Heyətinin sədri olub. Hazırda onun səlhiyyətlərini qurumun sədr müavini Sadiq Sadıqov icra edir. (report)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər