YENİLİK - Məktəblərdə böyük summativ qiymətləndirmələr artıq dərs vaxtında keçirilməyəcək

504

Orta məktəblərdə böyük summativ qiymətləndirmələr məktəb rəhbərliyi tərəfindən aparıldığından onların artıq dərs vaxtında deyil, dərsdən kənar vaxtda keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov bildirib.

Onun sözlərinə görə, yeni layihədə summativlərin keçirilmə müddətləri də dəqiq göstərilib. Yeni layihəyə əsasən, kiçik summativ qiymətləndirmələr dərs vaxtında və bir dərs saatında, yəni 45 dəqiqiə ərzində keçirilməlidir. Böyük summativ qiymətləndirmələrin keçirilməsi üçün isə ən çoxu 90 dəqiqə vaxtın ayrılması nəzərdə tutulur.

V.Bağırov qeyd edib ki, yeni yanaşmalarda kiçik və böyük summativ qiymətləndirmələrin 100 ballıq şkala ilə qiymətləndirilməsi nəzərdə tutulur:

“Bu qiymətləndirməyə görə, şagirdin summativdə topladığı 0-30 bal “2”, 30-60 bal “3”, 60-80 bal “4”, 80-100 bal “5” olacaq. Bu bal ən sonda bizim öyrəşdiyimiz 5 ballıq qiymət şkalasına da uyğunlaşdırılacaq ki, valideynlər toplanılan balın 5 ballıq qiymət şkalasında hansı qarşılıq verdiyini bilsinlər. Sinif jurnallarında isə bu qiymətlərin hər ikisi qeyd ediləcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər