Yığmanın sabiq yarımmüdafiəçisi “Sumqayıt”a gəldi

1154

“Sumqayıt” futbol klubu 2019/20 mövsümü üçün transfer çalışmalarına start verib.
ONA -nın məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi mövsümlərarası fasilədə ilk futbolçu transferini reallaşdırıb.
Belə ki, sumqayıtlılar son mövsümü “Zirə”də keçirən Vüqar Mustafayevlə anlaşıb. 1 illik müqaviləyə imza atan dayaq yarımmüdafiəçisi “Sumqayıt”da 6 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, V.Mustafayev “Zirə” ilə yanaşı, “Bakı”, “Simurq” və “Qarabağ”ın uğurları üçün çalışıb. Vaxtilə U-21 və əsas millimizin də formasını geyinmiş futbolçu U-23-ün heyətində IV İslam Həmrəylik Oyunlarının qalibi olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər