Yol polisi Sumqayıtda təmizlik işçilərinə jiletlər payladı - FOTO - VIDEO

2054
Bu gün Sumqayıt şəhər Dövlət Yol Polisi şəhər ərazisində yaşıllaşdırma və təmizlik işləri ilə məşğul olan 45 nəfərə xüsusi jiletlər paylayıb.
DYPŞ-nin əməkdaşı, kapitan Coşqun Rzayev Avtosfer.az-a bildirib ki, jiletlərin paylanması Daxili İşlər Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilir. Burada əsas məqsəd kommunal-təşərrufat işləri ilə məşğul olan şəxslərin yol qəzalarından qorunmasıdır. Son vaxtlar süpürgəçilər və yaşıllaşdırma işçilərinin avtomobillər tərəfindən vurulmasının qarşısını almaq məqsədilə həmin jiletlər daha intensiv və yüksək sürət tətbiq olunan yollarda işləyənlərə verilib.
Qeyd edək ki, jiletlərin işıqqaytarıcı funksiyası sürücülər tərəfindən həmin şəxslərin daha tez görülməsinə şərait yaradacaq.
Jiletlər paylandıqdan sonra kommunal-təsərrufat işçiləri aidiyyatı üzrə işə başlayıblar. Onlarla görüşən Sumqayıt şəhər Yol Polisi Şöbəsinin, Yol Patrul Xidməti Bölüyünün komandiri, polis mayoru Mərdan Əliyev öz tövsiyyələrini verib və bildirib ki, yollarda xidmət apararkən yaşıllaşdırma və təmizlik idarələrinin əməkdaşları son dərəcə diqqətli olmalı, nəqliyyat axınına fikir verməlidirlər. Görüntü məhdud olan ərazilərdə həmin jiletlərin işıqqaytarıcı funksyasını işə salmalıdırlar.
M.Əliyev onu da bildirib ki, ehtiyac yaranacağı təqdirdə digər yerlərdə çalışan əməkdaşlara da jiletlər paylanacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər