Yol qəzasında ölənlərin sayı 8-ə çatdı – VİDEO

693
Göygöldə baş verən yol qəzasında 8 nəfər ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın ONA-ya verdiyi məlumata görə, ölənlərdən 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır.

O qeyd edib ki, 1 nəfər qadın isə Gəncə şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, onun vəziyyəti ağırdır.
14:00
Göygöldə baş verən yol qəzasında ölənlərin sayı 5-ə çatıb.
ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində xəsarət alan daha bir azyaşlı xəstəxanada ölüb.
13:27
Göygöldə baş verən yol qəzasında biri azyaşlı olmaqla 3 nəfər ölüb.
ONA-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayon sakini Eldəniz Gəray oğlu Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Aslan Əbülfət oğlu Camalovun idarə etdiyi “VAZ-2106” markalı maşınla toqquşub. Qəza nəticəsində “VAZ-2106″ın sürücüsü, bir qadın və bir azyaşlı uşaq hadisə yerində ölüblər. “VAZ-2107″nin sürücüsü və daha bir nəfər xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
12:32
Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən yolunda qeydə alınıb. “VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər