Yüksək bal toplayan sumqayıtlı abituriyent: "Həmyaşıdlarıma vaxtdan səmərəli istifadə etməyi arzulayardım"

771

Dünya inkişaf etdikcə təhsil almanın, daha dərin biliklərə yiyələnmənin vacibliyi fərd və cəmiyyətin əsas məqsədinə çevrilir. Təhsilli, savadlı, elmli cəmiyyət hər bir dövlətin inkişaf və gələcəyinin müzakirəsiz təminatıdır. Bu baxımdan son illər təhsilimizə göstərilən diqqət və əldə olunan yüksək nəticələr uğurlu inkişafa inanmağa əsas verir. Belə ki, hər il ali məktəblərə yüksək balla qəbul olunan abituriyentlərin sayı artır. Sevindirici haldır ki, müsbət nəticə, yüksək göstərici təkcə paytaxt məktəbləri çərçivəsində deyil, digər şəhər, rayon, kənd məktəbləri də uğurun sevincini yaşamağa nail olurlar. Bu artıq təhsilin inkişafı deməkdir. 

Bugünkü müsahibimiz Fazil Müşfiq oğlu Məmmədli Sumqayıt məktəbinin məzunudu, 687 bal totlayıb. O artıq Bakı Ali Neft Məktəbinin tələbəsidi. 

Manevr.az-ın əməkdaşının Fazil Məmmədli ilə söhbətini oxuculara təqdim edirik:

– Fazil bəy, bu il keçirilən qəbul imtahanında yüksək bal toplamağın münasibətilə səni bəri başdan təbrik edir, həm şəxsi həyatında, həm də təhsil illərində uğurlar diləyirik. Səncə, yaxşı oxumağın sirri nədir? Doğrudanmı, bütün günü əldə kitab dolaşmaqla əlaçı olmaq olar?

– Məncə, yaxşı oxumaq ailə, təhsil aldığın məktəb və sinifdəki mühit, ən başlıcası, qarşıya qoyduğun məqsədə çatmaq istəyi ilə sıx bağlıdır. Əlaçı olmaq üçün insanda həvəsin olması, ailənin sənə dəstək verməsi vacib şərtdir. Ancaq zəhmət çəkməsən, öz üzərində calışmasan dediklərimizin heç bir faydası olmaz.

– Ali məktəbə daxil olmağını həyatının ilk sanballı uğuru hesab edirsənmi? Bu uğuru “gələcək nailiyyətlər üçün tramplin” adlandırmaq fikrinə münasibətin…

– Bəli, ali məktəbə qəbul olmağım həyatda qazandığım ilk uğurlardan olsa da, həyatda qarşıya qoyulmuş böyük məqsədlərə çatmaqda çox kiçik görünə bilər. Lakin yaxşı anlayıram ki, bu hələ başlanğıcdır. Daim calışmaq, özünü inkişaf etdirmək, müasir biliklərə yiyələnmək lazımdır.

– Neft sahəsinə olan marağının səbəbi?

– Deyim ki, bu sahəyə marağım əmim Eldəniz Məmmədovun adı ilə bağlıdır. Xüsusilə də BP şirkətində öz zəhməti hesabına əldə etdiyi uğurlara yaranmış heyranlıqdan və onun bu iş sahəsində olan maraqlı hadisələrdən danışdığı söhbətlərdən qaynaqlanıb. Qeyd edim ki, əmim bu sahədə sıravi operatorluqdan platforma rəisliyinə qədər yüksəlib və BP şirkətində uğur qazanmış yerli kadrlardandır.

Fazil Məmmədli:"Müəllimlərimin zəhmətini heç zaman unutmayacam"

– Əldə etdiyin müvəffəqiyyət üçün kimə borclu olduğunu düşünürsən və sənin bu məsələdə faizin nə qədərdir?

– Qazandığım uğurlara görə ilk olaraq Allaha, ailəmə, müəllimlərimə, o cümlədən oxuduğum Sumqayıt TTEL- də yaradılmış sağlam atmosferə borcluyam. Mənım bu işdə faizim, məncə, 50% qədərdir.

– Qazandığın uğurun sirlərini öz həmyaşlarınla bölüşmək istərdinmi? Əgər istərdinsə, onlara nə deyərdin?

– Öz həmyaşlarıma həvəslə çalışmaq, əzmkar olmaq və vaxtdan səmərəli istifadə etməyi arzulayardım.

– Öncə Yaradana, sonra ata- anana və müəllimlərinə minnətdarlığını necə bildirərdin?

– Təbii ki, əldə etdiyim uğura görə ikl olaraq Allaha şükür edirəm. Əziz ata – anama daim cansağlığı arzulayıram. Və bunu xüsusi olaraq demək istəyirəm ki, üzərimdə əməyi olan müəllimlərimin zəhmətini heç zaman unutmayacağam.

Sevinc Qərib
Manevr.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər