“Yüksəliş” müsabiqəsinəSumqayıtdan müraciət edənlər üstünlük təşkil edir

789

Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunan “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb.

sumqayitxeber.com Trend-ə istinadən xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsi ilə bağlı işçi qrupun rəhbəri, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2019-cu il dekabrın 27-dən başlayan mərhələ 2020-ci il fevralın 2-də tamamlanıb. Bu müddətdə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfər müsabiqəyə qəbul edilib. Müsabiqəyə qəbul edilənlərin 2339 nəfəri qadın, 7436 nəfəri kişidir. Onların 40 faizi 21-30 yaş (3910 nəfər), 46,95 faizi (4589 nəfər) 31-40 yaş, 13,05 faizi (1276) 41-51 yaş qruplarına daxildir. Müsabiqəyə 1999-cu il təvəllüdlü 28 nəfər, 1990-cı il təvəllüdlü 622, 1968-ci il təvəllüdlü 12 nəfər müraciət edib. Müsabiqəyə 1000 nəfər dövlət qulluqçusu qatılıb. Müsabiqəyə ən çox Bakı-Abşeron (53,70%) və Aran (11,42 faiz) zonalarından, ən az Naxçıvan (1,80 %) qatılıblar.

F.Hacıyev deyib ki, qeydiyyat mərhələsi ərzində müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq, bölgələrdəki şəxslərin müsabiqədə qeydiyyatdan keçmələrinə dəstək olmaq məqsədilə yanvarın 21-31 tarixlərində “Yüksəliş” müsabiqəsinin səyyar qeydiyyat avtobusları bölgələrə səfər edib. 778 şəxs səyyar qeydiyyat vasitəsilə qeydiyyatdan keçib.
F.Hacıyev bildirib ki, ümumilikdə qeydiyyatdan keçənlərin ərazi üzrə bölgüsündə Bakı, Sumqayıt, Gəncə şəhərləri, Lənkəran və Şəki rayonlarından olan namizədlər üstünlük təşkil edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər