YUXU

115

Qulağına qəribə bir musiqi gəlir… Həzin, lirik, düşündürən. Yox, bu nə Bethovendi, nə Şopendi, nə də ki, Vaqif Mustafazadə. Bu musiqinin bəstəkarı var, amma ifaçısı yoxdu…
Pəncərənin önündə, şüşədən süzülən damlaları sayırdı… 1; 2; 3; 4…bəziləri çox tez süzülüb yoxa çıxır. Həyatında çata bilmədiyi arzular kimi.. .Dəyərini bilmədiyi dəyərlər kimi… Başını pəncərədən azca qırağa çıxarıb dərin bir nəfəs alaraq göyə baxdı… Damlalar bu dəfə də üzünə çilənirdi. Bu musiqinin bəstəkarı sanki ona demək istədiklərini bu damlalar vasitəsilə deyirdi. Bir anlığa gülümsədi, çünki ona deyiləcəkləri anlamışdı… Damlalardan yapışıb səmaya qalxmaq, ordan isə həyatı, yer üzünü, insanları görmək istəyirdi… Əlini uzadıb damlanı tutmaq istəyirdi, ovcumun içində hiss etdiyi damla bir andaca yoxa çıxırdı. Bu bir-iki dəfə təkrarlandı… Görəsən, axı niyə? Damlanınmı gücü çatmır onu qaldırmağa, ya bəstəkarmı istəmir onu görməyi? Axı, o səmanı, fəzanı, onun ənginliklərini görmək istəyirdi… Özünü masmavi bir libasda səmada təssəvvür edirdi. Buludların qoynunda gəzmək, quşlara saatlarca tamaşa etmək, damlaların hardan gəldiyini görmək, ən əsası isə həmin Bəstəkarı görmək istəyirdi… Yox, yox elə də böyük iddiası yox idi. Daha sonra damlalara qarışıb, elə yerə qayıtmaq istəyirdi. Lakin bax belə nurlu, gözəl damla olmaq istəyirdi… Xəfif bir toxunuşla anasının səsini eşidərək, bayaqdan gördüyü yuxudan ayıldı…
– Evdən çıxanda mütləq çətir götür. Çox güclü yağış yağır…
Özündən asılı olmadan tez pəncərəyə baxdı. Bu möcüzə idi… Onun röyası gerçək olmuşdu… Gülümüyərək anasına:
-Bilirəm dedi.

Səbinə Əliyeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər