Zahid Oruc namizədliyini irəli sürdü – BU DAİRƏDƏN

1078

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc 9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkilərinə qatılacaq.

Publika.az xəbər verir ki, millət vəkili Z.Oruc namizədliyini 94 saylı Bərdə seçki dairəsindən irəli sürüb.

O bildirib ki, təmsil etdiyi müddətdə Bərdədə böyük inam, xeyirxahlıq, yüksək anlaşma görüb. Hər zaman seçicilər qarşısında daşıdığı məsuliyyətə sadiq qalmağa çalışıb. O bu illər ərzində Qarabağın mühüm tarixi bölgəsinin təmsil etməklə hər zaman qürur duyduğunu deyib və bunu mənəvi, həyati bir borc saydığını söyləyib.

Qeyd edək ki, bu günə qədər sözügedən dairədən 10-a yaxın namizəd var. Zahid Oruc bildirib ki, hər bir iddiaçıya hörmətlə, ehtiramla yanaşır, onları rəqib deyil, vətənimizin ləyaqətli övladları statusunda görür.

Zahid Oruc qarşıdakı 5 illik dövrdə çox mühüm təklifləri, planları seçicilərlə görüşlər əsasında irəliyə sürəcəyini və seçki qərargahı vasitəsilə aktiv kampaniya aparacağını bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər