Zakir Fərəcov 60 yaşını qeyd edən kollecdə oldu, müəllimləri təltif etdi – FOTOLAR

3549

Sumqayıt Dövlət Texniki Kollecinin fəaliyyətə başlamasından 60 il keçir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu münasibətlə Sumqayıt Dövlət Texniki Kollecində olub müəllimlərlə və burada təhsil alan tələbələrlə görüşüb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbir iştirakçılarını salamlayaraq Sumqayıt Texniki Kollecinin 60 illik yubileyi münasibəti ilə kollektivi təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər arzulayıb.

Şəhər rəhbəri kollecin Sumqayıtda gənclərin inkişafında və formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Virğulanıb ki, Sumqayıt Dövlət Texniki Kolleci 1959-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiya Texnikumunun bazasında yaradılıb. Müəssisənin ilk adı Sumqayıt  Texnologiya Texnikumu, sonra Sumqayıt Kimya Texnologiya Texnikumu olub, 1992-ci ildən  yenidən  Sumqayıt  Texnologiya  Texnikumu adlandırılib. 26 avqust 2002-ci il tarixdən Sumqayıt Texnologiya Texnikumunun adı dəyişdirilib Sumqayıt Dövlət Texniki Kolleci adlandırılıb. Təhsil müəssisəsi hal-hazırda Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci kimi fəaliyyət göstərir.

Bildirilib ki, bu gün respublikada iri və müasir sənaye müəssisələrinin yaradılmasında texniki işçilərin böyük əhəmiyyəti olduğunu və bu kadrların hazırlanmasında məhz vaxtilə Sumqayıt Kimya – Texnologiya Texnikumu adlandırılan bu kollecin böyük rolu var.

Qeyd olunub ki, 1959-cu ildə Sumqayıt Kimya Texnologiya Texnikumu kimi fəaliyyətə başlayan bu təhsil müəssisəsində indiyənədək minlərlə ixtisaslı kadr hazırlanıb.Bu il Sumqayıtın şəhər statusu almasının 70, Sumqayıt Dövlət Texniki Kollecin 60 illik yubileyinin keçirilməsi böyük diqqət və qayğının ifadəsidir.

Sonra SDTK-nın bir qrup əməkdaşı səmərəli fəaliyyətlərinə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər