Zakir Fərəcov Çində keçirilən beynəlxalq konfransda - FOTOLAR

1905

Sianda İpək Yolu üzərində yerləşən şəhərlərin 7-ci beynəlxalq konfransı keçirilib

Çinin Sian şəhərində davam edən Avrasiya İqtisadi Forumu çərçivəsində İpək Yolu İqtisadi Kəməri boyunca yerləşən şəhərlərin 7-ci beynəlxalq konfransı keçirilib.

“Qarşılıqlı mənfəət üçün birgə əlaqələndirmə çağırışı” mövzusunda keçirilən konfransda Azərbaycanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Sian şəhərinin meri Li Minyuan konfransın rəhbərlik etdiyi şəhər ilə “Bir kəmər, bir yol” strategiyasının tərkib hissəsi olan İpək Yolu İqtisadi Kəməri boyunca yerləşən ölkələrin müxtəlif şəhərləri ilə arasında iqtisadi-ticari, humanitar, mədəni əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulayıb.

Tədbirdə təmsil olunan şəhərlərə, o cümlədn Sumqayıta aid videoçarxlar nümayiş olunub. Sonra şəhər rəhbərlərinin çıxşları dinlənilib.

Azərbaycan-Çin əlaqələrinin tarixinin böyük İpək Yoluna söykəndiyini diqqətə çatdıran Sumqayıt ŞİH başçısı Zakir Fərəcov Azərbaycan rəhbərliyinin Çin ilə ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verdiyini, bu əlaqələrin bütün sahələrdə dərinləşməsinə və genişlənməsində maraqlı olduğunu bildirib. Özünün yüksək inkişaf dinamikası və nümunəviliyi ilə seçilən Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanan, çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyələndirilir.

Z.Fərəcov Çin dövlət başçısı Si Cinpinin təşəbbüsü ilə reallaşdırılan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri də məhz Azərbaycan olduğunu vurğulayaraq, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu imzalandığını qeyd edib. Bildirib ki, cari ilin aprelində Pekində keçirilmiş 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən Prezident İlham Əliyev Azərbaycanın sözügedən təşəbbüsə tam dəstəyini bir daha nümayiş etdirib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası “Vahid Çin” prinsipinə hər zaman sadiq olub və bu xüsusda həmişə öz dəstəyini bildirib. Çin Xalq Respublikasının Azərbaycanın ərazi bütövlüyünə dəstəyini xalqımız yüksək qiymətləndirir.

Sumqayıt, onun müasir inkişafı, sənaye potensialı haqqında məlumat verən Zakir Fərəcov deyib ki, şəhər Azərbaycanın kimya və neft-kimya sənayesi, elektroenrgetika, qida və yüngül sənaye, tikinti materialları istehsalının cəmləşdiyi sənaye mərkəzidir. Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Dəniz sahilində yerləşən Sumqayıt sənaye mərkəzi kimi formalaşmaqla yanaşı, eyni zamanda burada geniş sosial və infrastruktur layihələri də həyata keçirilir. Coğrafi mövqeyi və inqtisadi potensialı şəhərin investsiya cəlbediciliyini daha da artırır. İcra başçısı Çin şirkətlərini Sumqayıta sərmayə yatırmağa dəvət edib.

Sumqayıtın beynəlxalq əlaqələrindən danışan Z.Fərəcov, şəhərin 15 ölkənin 20-dən çox şəhəri ilə əməkdaşlığının olduğunu deyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər