Zakir Fərəcov daha bir məsciddə oldu, sakinlərlə görüşdü – FOTOLAR

3231

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt stansiyası yaşayış sahəsində yerləşən məsciddə olub, burada sakinlərlə görüşüb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Sumqayıt şəhərində, eləcə də qəsəbələrdəki mövcud məscidlərdə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradılır. Qəsəbə məscidi ilə yaxından tanış olan şəhər rəhbəri onu da vurğuladı ki, məsciddəki mövcud çatışmazlıqlar qısa müddətdə öz həllini tapacaq. Burada insanların rahat ibadət etmələri üçün şərait daha da yaxşılaşdırılacaq.

Sakinlər ölkəmizdə dini-mənəvi dəyərlərin qorunub saxlanılmasına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Vurğulanıb ki, son illərdə bütün dini ocaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, yeni dini ocaqların inşası dövlətimizin başçısının xalqımızın milli mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin bariz nümunəsidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər