Zakir Fərəcov daha bir tibb müəssisəsində oldu – FOTOLAR

4472

Sumqayıt şəhərində səhiyyə xidmətinin bütün sahələr üzrə yaxşılaşdırılması, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmətin, eləcə də ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması sahəsində müvafiq tədbirlər həyata keçirilir.
Son illərdə səhiyyənin inkişafı ilə bağlı Sumqayıt şəhərində həyata keçirilən məqsədyönlü işlər bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub, tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub.
Şəhər İcra akimiyyətinin birbaşa nəzarəti və dəstəyi ilə 1 və 2 nömrəli Doğum Evi,1, 2 və 3 saylı Poliklinika, Diş Poliklnikası, Uşaq Poliklinikası, Onkoloji Xəstəxana, Uşaq Xəstəxanasının yolxucu Xəstəliklər korpusu, 1 saylı Qadın Məsləhətxanasında əsaslı təmir işləri aparılıb.
1 nömrəli Uşaq poliklinikasında, 4 nömrəli şəhər xəstəxanasında, 2 və 4 nömrəli şəhər poliklinikalarında, Təcili Tibbi Yardım Stansiyasında və Səhiyyə şöbəsinin inzibati binasında təmir işlərinə başlanılıb. Təmir işləri tam başa çatmayan müəssilərdə isə hazırda işlər davam edir.
Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün şəhər 1 saylı və şəhər 2 saylı Doğum Evləri əsaslı təmir edilib, müasir tibbi avadanlıqlarla təhciz edilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində əhaliyyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır.
Şəhər rəhbəri davamlı olaraq şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrində olur, görülmüş işlərlə yerindəcə tanış olur.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti dəfə 1 saylı Doğum Evində olub, görülmüş işlərlə tanış olub.
Bildirilib ki, ötən dövr ərzində 1 saylı Doğum Evi ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. Doğum evində cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri da fəaliyyət göstərir. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan stollarla, narkoz aparatları ilə təchiz olunub. Reanimasiya şöbəsində xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da var. Tibb ocağında yeni doğulmuşların reanimasiya şöbəsi, intensiv terapiya palatası da yaradılıb. Az çəkili, kritik və yarımçıq doğulmuş uşaqlara səhiyyə ocağında qulluq göstərmək üçün bu ilin yanvar ayından hər bir şərait yaradılıb.
Qeyd olunub ki, doğum evinin mama-ginekoloji şöbəsində doğuş zalı, cərrahiyyə otağı və neonatoloji bölmə yerləşir. Neonatoloji bölmə də ən son texnoloji cihazlarla təchiz edilib. Qəbul şöbəsində gözləmə zalı da yaradılıb, yumşaq oturacalar qoyulub.
Doğum Evindəki laboratoriylar ən son texnoloji avadanlıqlarla təhciz olunub. Səhiyyə ocağında həm tibbi heyət, həm də xəstələr üçün yeməkxana otağı da var. Yanğından mühafizə sistemi, təhlükəsizlik kameraları da quraşdırlıb. Tibb ocağıının həyəti abadlaşdırılıb, asfalt vurulub, yaşıllıq salınıb, xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb.
1 saylı Doğum Evinə baxış keçirildikdən sonra şəhər rəhbəri buradaq çalışan tibb personalı ilə görüşüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər