Zakir Fərəcov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib – FOTO

979

Sumqayıt Şəhər icra Hakimiyyətində 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı qeyd olunub.

Sumqayıt Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı proseslərinə ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladan şəhər rəhbəri bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dövlət qulluqçularının peşə bayramı da məhz Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub.

Qeyd olunub ki, Dövlət qulluqçularının peşə bayramı münasibətilə Azərbaycan Prezidentinin Sərəncamı ilə Sumqayıt şəhər icra hakimiyyətinin əməkdaşı Qənbərov Nazim Nəcəf oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinəgörə bir qrup dövlət qulluqçusuna şəhər icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər