Zakir Fərəcov əməkdar həkim Təranə Rəcəblini 50 illik yubileyi münasibəti ilə təbrik edib

1886

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əməkdar həkim, Sumqayıt Perinatal Mərkəzin baş həkimi Təranə Rəcəblini 50 illik yubileyi münasibəti ilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Şəhər rəhbəri əməkdar həkim Təranə Rəcəbliyə Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanını təqdim edib.

Qeyd edək ki, Təranə Rəcəbli 16 mart 1972-ci ildə Sumqayıt şəhərində anadan olub. 1978-1988-ci illərdə Sumqayıt şəhər 22 saylı orta məktəbdə təhsil alıb. 1989-1995-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakultəsində təhsil alıb. Universiteti bitirdikdən sonra həkim-pediatr ixtisasına yiyələnərək Sumqayıt şəhər 1 saylı Doğum evində fəaliyyətə başlayıb. 1997-2008-ci illərdə 1 saylı Doğum evində şöbə müdiri, 2008-ci ildən 2014-cü ilə qədər “Real” Tibb Mərkəzində direktoru vəzifəsində işləyib. 2014-2016-cı illərdə Respublika Perinatal Mərkəzində baş həkim kimi fəaliyyətini davam etdirib. Hal-hazırda Sumqayıt Tibb Mərkəzinin PHŞ-in direktor müavini və Perinetal Mərkəzin rəhbəri vəzifəsində çalışır.

Sumqayıt şəhərində Perinatal Mərkəzin yaranması onun gərgin əməyinin nəticəsidir. Hər zaman tibbin yeniliklərinə açıq olan Sumqayıt Perinatal Mərkəz bu gün həm də tədris mərkəzi kimi fəaliyyət göstərir. Az çəkili uşaqlara göstərilən tibbi yardım və ağır pataloji hamiləliklərin uğurla başa çatdırılması sayəsində son 2 il ərzində Sumqayıt şəhərində ana ölümü demək olar ki, olmamış, uşaq ölümlərinin sayı kəskin azalmışdır.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər