Zakir Fərəcov gənc müəllimləri təltif etdi – FOTOLAR

2374

Sumqayıt şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr olunmuş “Gənclər gələcəyimizin qurucularıdır” adlı tədbir keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Alızadə, idarə, təşkilat və müəssisələrin rəhbərləri, gənc müəllimlər iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gənc müəllimləri təbrik edərək, onlara çətin və məsuliyyətli, eyni zamanda şərəfli işlərində uğurlar arzulayıb.

Şəhər rəhbəri bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər cəmiyyətimizin fəal təbəqəsi olaraq ölkəmizin daha da güclənməsində əsas rol oynayırlar.Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təhsilin inkişafını dövlət siyasətinin prioritet sahələrindən biri kimi qəbul etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin bu sahəyə olan diqqətinin göstəricisidir.

Vurğulanıb ki, məktəblərdə bütün ixtisaslar üzrə gənc müəllimlərin olması təhsilin keyfiyyətinin artmasına təkan verir, eyni zamanda sağlam rəqabət mühiti formalaşdırır. Gənc müəllimlər hər zaman diqqət  mərkəzindədir və bundan sonra da diqqət mərkəzində olacaqlar.

Şəhərin ictimai həyatında fərqlənən bir qrup gənc müəllimə Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Sahsenem
    Fevral 5, 2020 - 20:28

    bizede ancaq bele gozel mativasiyalar yarasir .Ehsen.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər