Zakir Fərəcov hadisə yerində – FOTO

13120
Xəbər verdiyimiz kimi, axşam saatlarında Sumqayıtda 4 nömrəli şəhər xəstəxanasında (Bərpa) yanğın hadisəsi olub. Yanğın söndürülüb, binada olan 129 nəfər isə təxliyyə olunub. Onlardan 32 nəfəri xəstə, 16 işçi və 81 nəfəri isə məcburi köçkün olub.
 Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov hadisə yerinə gəlib. İcra başçısı ilə yanaşı, Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis plkovniki Fəqan Azadəliyev, Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov, “Sumqayıt Tibb Mərkəzi” Publik hüquqi şəxsin direktoru Səkinə Sadıxova da yanğın baş verən ərazidə olublar.
Qeyd edək ki, xəstəxananın bir hissəsində məcburi köçkünlər məskunlaşıb. Xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər