Muğam Mərkəzinin tikintisi yekunlaşır - ZAKİR FƏRƏCOV GÖRÜLƏN İŞLƏRLƏ TANIŞ OLUB

1496

Sumqayıt şəhər dənizkənarı bulvar ərazisində Muğam Mərkəzinin tikintisi sürətlə aparılır. Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görülən işlərlə yaxından tanış olub, tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, Sumqayıt bulvarında inşasına başlanılan Muğam Mərkəzi zirzəmi və iki mərtəbədən ibarətdir. Muğam Mərkəzinin konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq.
İkimərtəbəli binadan ibarət olacaq Muğam Mərkəzində qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar fəaliyyət göstərəcək.
Mərkəzdə muğamın sirlərinə yiyələnmək üçün 14 sinif otağı nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Valeh Mehrəliyev
    İyul 18, 2019 - 11:36

    Super işlər görülür, Allah sizləri qorusun, Sumqayıtımız inkişafdadır, bu birdə sumqayıtın futbolunada əks etsəydi, şəhər canlanardı, Sumqayıt sakinləri kasıb fəhlə təbəqəsindəndi əksəriyyəti, futbol azərkeşliyidə mən fikirləşirəm ən maraqlı əyləncə predmeti olardı bizim üçün.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər