Zakir Fərəcov Muğam Mərkəzinin tikintisi ilə yaxından tanış oldu

1408

Sumqayıt şəhər dənizkənarı bulvar ərazisində Muğam Mərkəzinin tikintisinə başlanılıb. Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görülən işlərlə yaxından tanış olub, tapşırıq və tövsiyələrini verib.
Vurğulanıb ki, Sumqayıt bulvarında inşasına başlanılan Muğam Mərkəzi zirzəmi və iki mərtəbədən ibarətdir. Muğam Mərkəzinin 400 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq.
İkimərtəbəli binadan ibarət olacaq Muğam Mərkəzində qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar fəaliyyət göstərəcək.
Mərkəzdə muğamın sirlərinə yiyələnmək üçün 14 sinif otağı nəzərdə tutulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər