Zakir Fərəcov növbəti növbəti səyyar qəbul-görüşünü keçirdi

4525

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbul-görüşü şəhərin 4-cü mikrorayon ərazisində yerləşən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində keçirilib.

Şəhər rəhbəri qeyd edib ki, Sumqayıt şəhərində ötən dövr ərzində mərhələləli şəkildə həyata keçirilən sosial-iqtisadi layihələr, abadlıq-quruculuq işləri nəticəsində şəhər sakinlərini narahat edən bir çox məsələlər öz həllini tapıb, mövcud problemlərin həlli istiqamətində müsbət nəticələr əldə olunub. Bir neçə il öncə şəhər sakinləri tərəfindən qaldırılan problemlərlə bağlı müraciətlər xeyli azalıb.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub. Müvafiq araşdırma tələb edən digər məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və nəzarətə götürülməsi ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə iştirak edən şəhər sakinləri Sumqayıtda həyata keçirilən abadlıq, quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığıan görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər