Zakir Fərəcov Novruz yarmarkasinda olub – FOTO

2543

Sumqayıt şəhər 10-cu mikrorayon ərazisində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları fəaliyyətə başlayıb.  Hazırda şəhərin iki ərazisində, 42-ci məhəllə və 10-cu mikrorayon ərazisində kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilir.

Sumqayıt Şəhər İcra Hakimiyy ətinin başçısı Zakir Fərəcov bu gün şəhər ərazisində fəaliyyət göstərən hər iki yarmarkada olub, burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə, məhsulların keyfiyyəti, şəhər sakinlərinin rəy və təklifləri ilə maraqlanıb.

İcra başçısı yarmarkada süni qiymət artımının qarşısının alınması və qiymətlərin tənzimlənməsi , satışa çıxarılan məhsulların satış qiymətinə gün ərzində nəzarət olunması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər