Zakir Fərəcov onların peşə bayramını təbrik etdi – FOTOLAR

2169

Sumqayıt şəhərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd edilib.

Xidmətin şəhər idarəsinin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.

Tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin inzibati binasında davam edib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəxsi heyət, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Zakir Fərəcov Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Dövlət xidmətinin rayon şöbəsi əməkdaşlarının timsalında SHXÇDX-nin bütün şəxsi heyətini  peşə bayramı münasibətilə təbrik edib, onlara dövlətə, orduya, xalqa xidmətdə yeni-yeni uğurlar arzulayıb.

Şəhər rəhbəri ölkəmizdə müasir və qüdrətli milli ordunun formalaşdığını, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatların, aparılan ordu quruculuğunun ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət etdiyini vurğulayıb.

Bildirilib ki, ordu quruculuğunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının da xidmətləri böyükdür.

İdarənin rəisi, polkovnik Natiq Qarayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranma tarixindən danışıb. Bildirilib ki, Xidmət yaradıldığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması, ordumuzun vətənpərvər, sağlam gənclərlə təmin edilməsi istiqamətində Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirir.

Sonda xidmətdə fərqlənən bir qrup əməkdaş Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər